Yuxarı

Gəncədə məcburi köçkünlər üçün tədbir... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış kompleksində ödənişsiz hüquqi yardım və maarifləndirmə tədbiri təşkil olunub.

Bu barədə Axar.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

“Konstitusiya və Suverenlik İli” və “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilən bu tədbir Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının birgə təşəbbüsünə əsasən reallaşıb. “Yurdumuza Qayıdırıq” devizi altında keçirilən görüşdə əsas diqqət keçmiş məcburi köçkünlərin hüquqi biliklərinin artırılmasına və onların işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı hüquqi prosedurlar barədə məlumatlandırılmasına yönəlib. Tədbirdə çıxış edən Dövlət Komitəsinin Hüquq və kadrlar şöbəsinin müdir müavini Mirhüseyn Hüseynov, məcburi köçkünlərin hüquqlarının qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən və bu cür maarifləndirici görüşlərin əhəmiyyətindən danışıb. O bildirib ki, hüquqi biliklərin artırılması gələcəkdə köçkünlərin yenidənqurma və reinteqrasiya prosesinə fəal qoşulması üçün vacib amildir. Görüş zamanı iştirakçılarla fərdi hüquqi konsultasiyalar aparılıb. Əmlak hüquqları, sosial müdafiə, güzəştlər və kompensasiya mexanizmləri kimi məsələlər üzrə 100-ə yaxın vətəndaşın sualları cavablandırılıb. Tədbirdə iştirak edən vəkil Leyla Əhmədova bu təşəbbüsə cəlb olunan vəkillərin tam şəkildə könüllü əsaslarla fəaliyyət göstərdiyini və hüquqi yardımın şəhid ailələri, qazilər və digər həssas təbəqələr üçün də davamlı olaraq təşkil olunduğunu qeyd edib.

Qeyd edək ki, bu təşəbbüs çərçivəsində oxşar tədbirlərin digər şəhər və rayonlarda da təşkili nəzərdə tutulur.

Tarix
2025.07.01 / 16:00
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

Şok iddia: AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Video

"Sputnik"in redaktorunun evində axtarış aparıldı

Rusiya Azərbaycana nota verdi

Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi

Prezident tapşırığı: Kredit müqaviləsi imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla