Yuxarı

Zakir İbrahimov 4-cü “Yüksəliş”in qaliblərini qəbul etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

AzerGold QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Aslan Həsənli və Rüfət Məmmədxanlı ilə növbəti görüşlərini keçirib.

Müsabiqə qaliblərinin fərdi inkişaf planlarına uyğun olaraq Səhmdar Cəmiyyətində idarəetmə sahəsində mövcud yanaşmalara həsr olunmuş görüşlərdə Zakir İbrahimov QSC-nin təşkilati strukturu, mövcud olan daxili nəzarət sistemləri, qərarların qəbul edilməsi qaydası haqqında fikirlərini bildirib, şəxsi təcrübəsini bölüşüb.

Həmçinin böhran vəziyyətlərinin idarə olunması, çevik, əhəmiyyətli və data əsaslı qərarların qəbul edilməsi, beynəlxalq əməkdaşlıq əlaqələrinin idarə olunması mövzuları müzakirə edilib, müsabiqə qaliblərinə sözügedən istiqamətlər üzrə bilik və bacarıqlarını artırmaları üçün müvafiq tövsiyyələr verilib.

Görüşlər mövzular ətrafında sual-cavab formatında davam edib.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis edilib.

Tarix
2025.05.13 / 16:56
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla