"Rusiya öz sərhədləri
yaxınlığında münaqişənin baş verməsində maraqlı deyil. Bu ona sərf
etmir, əksinə ABŞ üçün sərfəlidir və Azərbaycan-Ermənistan
münaqişəsinin gərginləşməsinin arxasında Vaşinqton
dayanır".
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti
Ronald Reyqan Administrasiyasında işləyən, daha sonra "Wall Street
Journal" nəşrində redaktor köməkçisi olan, "Business Week" və
"Scripps Howard News Service"də ilə köşə yazıları ilə çıxış edən,
"Reyqan iqtisadiyyatının atası" kimi tanınan Pol Roberts rus
mediasına müsahibəsində deyib.
P.Roberst qeyd edib ki, Vaşinqton Bakının Rusiyaya qarşı
çevrilməsində maraqlıdır: "Bunun üçün əlindən gələni edir.
Azərbaycana qarşı insan haqları, demokratiya tənqidlərinin də
arxasında bu dayanır. Vaşinqton çalışır ki, Rusiyada nifaq salsın,
problemləri ortaya çıxsın və Rusiya hökuməti dünyanın heç bir
yerində ABŞ-ın ambisiyalarına qarşı çıxa bilməsin. Xatırlatmaq
lazımdır ki, Britaniya parlamenti ilə Rusiya hökuməti birlikdə
Amerikanın Suriyaya müdaxilə təşəbbüsünü blokladı. Rusiya regionda
uranın zəngilləşdirilməsi məsələsinin diplomatik həll yolunu təklif
edərək İrana hərbi müdaxilənin qarşısını aldı. Beləliklə, Rusiya öz
təsirindən istifadə edərək ABŞ-ın iki planının qarşısı ala bildi.
Bu Vaşinqtonu əsəbiləşdirdi və onlar Ukrayna hökumətinin
devrilməsini həyata keçirdilər. Bu birbaşa Rusiyaya ciddi
problemlər yaratmaq üçün edildi, çünki Ukrayna əsrlər boyu
Rusiyanın təsirində olub. ABŞ həmçinin başqa istiqamətlərdə
səylərini artırır. Məsələn, Stalinin vətənində - Gürcüstanda
işləyirlər, Azərbaycanda bu iş aparılır. Amerika Rusiyaya qarşı hər
yerdə bu fəaliyyətini davam etdirəcək".
Məşhur amerikalı siyasətçi qeyd edib ki, Xəzər regionu ABŞ və
Rusiya üçün olduqca əhəmiyyətlidir. O, Rusiyanın bu regiondakı
maraqlarının Vaşinqton üçün ciddi siqnal olduğunu bildirir. Pol
Robertsin sözlərinə görə, amerikalıların çoxu bu regionu heç
tanımır: "Rusiyanın dağılması üçün bu region olduqca
əhəmiyyətlidir. Buna görə də ABŞ bu regiondakı ölkələrin dəstəyinə
nail olmaq üçün inadla işləyir. Hesab edirəm ki, Rusiya
sərhədlərində Vaşinqtonun aktiv partlayıcılar yerləşdirməsi Moskva
üçün ciddi problemlər vəd edir. Vaşinqtonun təhdidi artdıqca,
vaxtilə Rusiyanın təsir orbitində olan bu region Moskva üçün ciddi
təhlükə mənbəyinə çevrilir".
Pol Roberst hesab edir ki, Vaşinqtonun bu siyasəti uğurludur.
Onun sözlərinə görə, ABŞ Ukraynanı artıq özünə tabe etdi, həmçinin
Gürcüstanı əlinə aldı: "İndi regionun digər ölkələri və Mərkəzi
Asiyadakı postsovet respublikaları üzərində plan qurulur. Düşünürəm
ki, bu da uğur qazanacaq, çünki pul möcüzələr yaradır. Bu alət
Vaşinqtonda uğurla istifadə olunur".
Amerikalı siyasətçi əlavə edib ki, ABŞ xarici siyasətinin əsas
prioriteti Rusiyanı məhv etməkdir.