Yuxarı

Rusiya Paşinyanı susdurdu: Onun Qarabağ bəyanatı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Paşinyanı susdurdu:

Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı səs-küylü bəyanatı konstruktiv deyil.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Nəşr Departamentinin direktor müavini Artyom Kojin bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Səs-küylü bəyanat ATƏT tərəfindən bu məsələ ilə bağlı əsası qoyulan müvafiq relslərə sığmır, yəqin ki, konstruktiv deyil", - deyə o vurğulayıb.

XİN nümayəndəsi Rusiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Mixail Boçarnikovdan gözləntilərinə də toxunub və bu gözləntilərin müsbət olduğunu deyib: "Boçarnikov çox təcrübəli diplomatdır. Yen səfirin qarşısında Rusiya və Azərbaycan arasındakı strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək və möhkəmləndirmək vəzifəsi dayanır".

Qeyd edək ki, N.Paşinyan separatçı Dağlıq Qarabağ rejiminin danışıqlarda münaqişə tərəfi kimi iştirak etməli olduğunu bəyanat edib.

Tarix
2018.06.01 / 20:02
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

Yeni şöbə yaradıldı, Rəsulov müdir təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla