Yuxarı

Binəqədi “Azərsu”nu suçladı: “Azərsu”dan faciəvi cavab - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Süleyman Sani Axundov küçəsindəki yolun təmiri "Azərsu"dan asılıdır. Həmin ərazidən keçən su və kanalizasiya xətləri yeniləndikdən sonra yolun tam təmiri nəzərdə tutulub".

Bu sözləri Axar.az-a Binəqədi Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən 8-ci mikrorayon, Süleyman Sani Axundov küçəsindən keçən və cəmi bir neçə yüz metr olmasına rəğmən, illərdir təmir edilməyən bərbad vəziyyətdəki yolla bağlı danışarkən bildirdilər.

İcra nümayəndəsinin sözlərinə görə, yolun təmiri üçün onlardan asılı olan hər şey hazırdır:

"Amma yolun təmiri bizdən asılı olmayan səbəblərə görə ləngiyir. Həmin ərazi ilə bağlı "Azərsu"nun layihəsi var. Layihəyə əsasən, ərazidən keçən su və kanalizasiya xətləri yenilənməlidir. Ancaq bundan sonra yolun təmirinə başlanılacaq".

İcra nümayəndəsi əlavə edir ki, su və kanalizasiya xətlərinin nə vaxt yenilənməsi barədə məlumatları yoxdur:

"Birinci mərhələ "Azərsu"dan asılı olduğu üçün bir söz deyə bilmərik. Su xətlərinin yenilənməsi başa çatdıqdan dərhal sonra Binəqədi Rayon İcra Hakimiyyəti yolun təmirinə başlayacaq. Təmirin gecikməsi bizimlə əlaqədar deyil".

Məsələ ilə əlaqədar Axar-az açıqlama verən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı isə bildirdi ki, bu il ərzində sözügedən ərazidə su və kanalizasiya xətlərinin yenilənməsi nəzərdə tutulmayıb:

"2014-cu il üçün belə bir layihə yoxdur. Hələlik sözügedən ərazidə yeni xətlərin çəkilməsi planda yoxdur və gözlənilmir".

Qeyd edək ki, Binəqədi rayonu 8-ci mikrorayon, Süleyman Sani Axundov küçəsindən keçən əsas yol uzun müddətdir ki, bərbad vəziyyətdədir. Yoldan minik avtomobilləri ilə yanaşı, marşrut avtobusları da istifadə edir. Ötən qış marşrut avtobusu sürücüləri və sahibkarlar keçilməz olan bu yola daş-kəsək tökməklə vəziyyətdən çıxmağa çalışdılar. Hazırda yol o qədər bərbaddır ki, iritutumlu marşrut avtobusları hər dəfəsində mütləq hansısa zədələrlə keçə bilirlər. Sakinlər isə illərdir davam edən dözülməz şəraitdən təngə gəliblər.

Tarix
2014.08.30 / 11:07
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - Video

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Bakıda

Bakıda növbəti iqlim tədbiri keçiriləcək

Rus deputat: Nikol Moskvaya gəlir, kanalı isə saxtakarlıq edir!

Livanın erməni katilokosu rus səfirlə Bakını müzakirə edir…

44+1 formulu: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir

Faciənin şahidi: Onlar əhalini görən kimi öldürürdülər

PKK silahı yerə qoydu: İlham Əliyev Ərdoğanı təbrik etdi

Bakıdan PKK-nın ləğvi qərarına reaksiya

DGK-nın vəzifəli şəxslərinin düşdüyü qəzanın – Təfərrüatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla