Yuxarı

Prezident Ərdoğan Atatürkü ilk dəfə ziyarət etdi - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 30-u Türkiyənin Zəfər bayramı bu gün Ankarada təşkil edilən rəsmi mərasimlə qeyd olunur.

Axar.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər bayramı çərçivəsində ilk olaraq Anıtqəbiri ziyarət edərək Atatürkün büstünün önünə çələng qoyub. R.T.Ərdoğan ilk dəfə Ali Baş Komandan kimi Anıtqəbirə çıxıb. Aslanlı yolda yürüşlə başlayan, Baş nazir Əhməd Davudoğlu, TBMM başqanı Cəmil Çiçək, Baş Qərargah rəisi Necdət Özəl, CHP başqanı Kamal Kılıçdaroğlundan təşkil olunan heyətə prezident R.T.Ərdoğan başçılıq edib.

Atatürkün mavzoleyinə çələng qoyan Ərdoğan daha sonra yanındakılarla birlikdə sayğı duruşunda dayanıb. Sonra "Misak-ı Milli" qülləsinə keçən Ərdoğan Anıtqəbir xatirə dəftərini imzalayıb.

Prezident daha sonra Çankayadakı iqamətgahına keçərək təbrikləri qəbul edib.

Video:

video
Tarix
2014.08.30 / 12:11
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla