Yuxarı

Millət vəkili: “NATO bölgəyə diqqətini artırır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"NATO və ABŞ bölgəyə diqqətlərini daha da artırmağa çalışırlar".

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib.

O, NATO-nun Ermənistana sanksiyalar tətbiq etməməsinə təəssüflə yanaşdığını bildirib:

"Bu sammitdə Azərbaycan və Ermənistan prezidentlərinin bir araya gəlməsi müsbət haldır. O deməkdir ki, NATO və ABŞ bölgəyə diqqətlərini daha da artırmağa çalışırlar. Kiyevdəki hadisələrdən sonra bölgədə stabilliyin pozulmasının qarşısını almaqdan ötrü NATO və ABŞ özünün bölgədə iştirakının mövcudluğunu nümayiş etdirir. Təəssüflə qeyd etmək istəyirəm ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların heç biri Ermənistana yönəldilməyib. Eyni ssenari ilə Azərbaycan torpaqları işğal edilib, minlərlə insan öz yurdundan-yuvasından olub. Bir sıra hərbi cinayətlər törətməsinə baxmayaraq, ona qarşı sanksiyanın olmaması bu münaqişədə heç bir nəticənin olmadığını göstərir. Bu NATO-ya və digər beynəlxalq təşkilatlara da aiddir. Təcavüzkara qiymət verilməli və ona qarşı konkret addımlar atılmalıdır. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icrası ilə bağlı biz NATO-dan da müvafiq addımları və sanksiyaların həyata keçirilməsini gözləyirik".

Tarix
2014.09.05 / 13:38
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Pezeşkian Moskvaya gedir: Rusiya ilə saziş imzalayacaq

Əlcəzair liderindən Əliyevə: Bu ağrılı sınaqdan...

Təyyarəmizi vuran "Pantsir-S" sistemi nədir, necə işləyir?

Məlikovdan Əliyevə: Sizinlə birlikdə kədərlənirik...

Təyyarə qəzası necə baş verib? - Nazir danışdı

Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video

Ukrayna təyyarə qəzası ilə bağlı açıqlama yaydı

Təcili: AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - Video

“Qara qutu"nun incələnməsinə başlanıldı

Xaricdəki Azərbaycan evlərində xatirə guşələri yaradıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla