Yuxarı

Rus politoloq: “Qafqazın parçalanma riski artıb” – Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus politoloq: “Qafqazın parçalanma riski artıb” – Özəl

"Amerikalı jurnalistin İŞİD döyüşçüləri tərəfindən edamı bütün dünyaya boş yerə göstərilməmişdi".

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib.

O, İŞİD-in tezliklə Qafqazda peyda olacağını bildirib:

"Qafqaza ilk real xəbərdarlıq siqnalları artıq səsləndirilib. Amerikalı jurnalistin İŞİD döyüşçüləri tərəfindən edamı bütün dünyaya boş yerə göstərilməmişdi. Artıq ABŞ-ın özünə uyğun üstünlükləri yaranıb. Məhz bunun sayəsində amerikalılar İŞİD-in onlar tərəfindən yaradılması ilə bağlı Vaşinqtona qarşı yürüdülmüş bütün iddialardan qaçmaq imkanı əldə edəcəklər. Bundan sonra İŞİD döyüşçülərinin Qafqaz istiqamətində birbaşa hədələri yayılmağa başlandı. Ona isə dərhal reaksiyanı Çeçenistan Prezidenti R.Kadırov verdi. Beləliklə İŞİD tezliklə Qafqazda peyda ola bilər. Burada Qarabağ və digər həll edilməmiş konfliktlər hələ də qalır. Ona görə də Ukrayna müharibəsi ərəfəsində bölgənin parçalanması riski kifayət qədər böyükdür. Burada bir variantı da istisna etməyək. Belə ki, Qərb də Rusiyanı bayaq yuxarıda sadaladığımız sxem üzrə günahlandıra bilər. Daha dəqiq desək, Qarabağda eskalasiyaya xidmət edəcək hərəkətlərə yol verdiyinə görə bu günahlandırma həyata keçirilə bilər".

Politoloq kiçik dövlətlərin hansısa tərəfə sığınaraq özlərini qoruya bilməyəcəklərini söyləyib:

"Qafqazda qeyri-sabitliyin yaradılması ilə bağlı digər variant isə burada yerləşən dövlətlərdə hakimiyyətin güc yolu ilə dəyişdirilməsi ola bilər. Bunun baş verməməsi üçün Azərbaycan, Ermənistan və digər respublikalar ümidi hansısa tərəfdə axtarmamalı, özləri öz müdafiələrini təşkil etməyə çalışmalıdırlar. Bu ölkənin xarici müdaxilə nəticəsində dağıdılması üçüm minimum zəmanət olacaq. Lakin ayağının biri NATO-da olan Gürcüstanın hərəkətləri çətin ki, Cənubi Qafqaz ölkələrinə burada öz siyasətini həyata keçirməyə imkan versin".

Tarix
2014.09.06 / 10:10
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla