Yeni il süfrəsində yeyib-içərkən... - Xəbərdarlıq
02:04
Ana səhifə Gündəm |
Rusiyanın Nijni Novqorod şəhərindən olan şair Viktor Konoplyov Dağlıq Qarabağdadır.
Axar.az xəbər verir ki, şair bu barədə öz Feysbuk səhifəsində məlumat verib. O, statusundə qarabağlı erməni yazıçısı Aşot Beqlaryanla görüşdüyünü bildirib. Konoplyovun sentyabrın 13-də Ermənistana gəldiyi, dünən səhər saatlarında Qarabağa səfər etdiyi bəlli olub.
Viktor Kanoplyov bundan öncə də bir neçə dəfə Qarabağda olub. O, açıqlamalarında bu torpaqlara və ermənilərə bağlı olduğunu bildirib. Şair həmçinin özünü ermənilərin şərəfinə Aram Kanepyan da adlandırıb.
Xatırladaq ki, Bakının rəsmi icazəsi olmadan Dağlıq Qarabağa səfər edən istənilən şəxs Azərbaycanda persona non qrata (arzulanmaz şəxs) elan edilir və qara siyahıya düşür.
Tarix
2014.09.16 / 14:55
|
Müəllif
İlkin Həsənov
|