Yuxarı

"Bəzi QHT-lərin bank hesablarının dondurulması müvəqqətidir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili cənab Derek Hoqani, səfirliyin siyasi müşaviri Daniel Slaşer və Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktor müavini Robert Lopez ilə görüş keçirilib.

Şuradan Axar.az-a verilən məlumata görə, sözügedən qurumun sədri, millət vəkili Azay Quliyev rəhbərlik etdiyi qurumun yaradılması və fəaliyyət istiqamətləri haqqında qonaqlara məlumat verib.

Azərbaycanda vətəndaş cəmiyyəti inistutlarının fəalliyyətini daim izlədiklərini söyləyən cənab Derek Hoqani QHT-lər haqqında qanunvericliyə edilən əlavə və dəyişikliklərdən sonra təşkilatların rastlaşdıqları çətinliklər haqqında fikirlərini bildirib. ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili, həmçinin, xarici QHT-lərin Ədliyyə Nazirliyində qeydiyyata alınması proseduru ilə də maraqlanıb.

Şura sədri rəhbərlik etdiyi qurumla SEDA proqramı arasında davam edən uğurlu əməkdaşlığın Azərbaycan dövlətinin ABŞ hökuməti tərəfindən maliyyələşdirilən QHT-lərin ölkəmizdə fəaliyyət göstərməsində maraqlı olduğunu göstərdiyini qeyd edib.

Azay Quliyev bütün xarici QHT-lərin Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müvafiq qaydada fəaliyyət göstərməsinin vacibliyini qeyd edib. Şura sədri qanunvericiliyə edilən son əlavə və dəyişikliklərin vətəndaş cəmiyyətində daha sağlam mühitin yaradılmasına, şəffaflığın təmin olunmasına yönəldiyini bildirərək qonağın bütün suallarına ətraflı cavab verib. Şura sədri təəssüflə qeyd edib ki, bəzi Avropa və ABŞ rəsmiləri bir sıra məsələlərə hüquqi deyil, siyasi tərəfdən baxaraq birtərəfli və əsassız şəkildə Azərbaycanı tənqid edirlər.
Azay Quliyev bank hesablarının dondurulmasının siyasi xarakter daşımadığını, bu QHT-lər arasında hökümətyönümlü təşkilatların da yer aldığını xatırladaraq, bunun müvəqqəti olduğunu və hüquq-mühafizə orqanları tərəfindən bəzi təşkilatların fəaliyyətinin araşdırılması ilə bağlı olduğunu izah edib. A.Quliyev fəaliyyəti zamanı çətinliklərlə üzləşən QHT-lərin işinə köməklik edilməsi məqsədilə Şuranın "hüquq və monitorinq" komissiyası yaratdığını da vurğulayıb.

Şura sədri görüşdə ABŞ və bir sıra Avropa ölkələri nümayəndələrinin Azərbaycana qarşı ikili standartlardan, qeyri-obyektiv mövqedən çıxış etməsinin də təəssüf doğurduğunu bildirib. A.Quliyev rəsmi Vaşinqtonun BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan dörd qətnamənin həyata keçirilməməsinə görə Ermənistan dövlətinə heç bir təzyiq etmədiyini, əksinə separatçı bölgəyə maliyyə dəstəyi ayırdığını bildirərək bütün bunların Azərbaycan cəmiyyətində təəssüf hissi doğurduğunu xatırladıb.

Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr davam etdirilib.

Tarix
2014.09.19 / 21:50
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian Moskvaya gedir: Rusiya ilə saziş imzalayacaq

Əlcəzair liderindən Əliyevə: Bu ağrılı sınaqdan...

Təyyarəmizi vuran "Pantsir-S" sistemi nədir, necə işləyir?

Məlikovdan Əliyevə: Sizinlə birlikdə kədərlənirik...

Təyyarə qəzası necə baş verib? - Nazir danışdı

Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video

Ukrayna təyyarə qəzası ilə bağlı açıqlama yaydı

Təcili: AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - Video

“Qara qutu"nun incələnməsinə başlanıldı

Xaricdəki Azərbaycan evlərində xatirə guşələri yaradıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla