Ana səhifə Gündəm |
Sumqayıtda "Şəhər günü" təntənəli şəkildə qeyd olunub.
Axar.az xəbər verir ki, bu il Sumqayıtın yaranmasının 65 illiyi münasibətilə sentyabr ayının 22-23-də şəhər günü tədbirləri təntənəli şəkildə qeyd olunub. Tədbirdə xarici dövlətlərdən və Azərbaycanın bölgələrindən dəvət olunmuş çoxlu sayda qonaqlar və musiqi kollektivləri iştirak ediblər.
Sumqayıtın "Şəhər günü" bayram tədbirləri qədim Corat kəndindən başlayıb. Burada qədim Corat qalasının yanında yaradılmış bazar meydanında şəhər gününə həsr olunmuş döyüş effektləri ilə dolu olan möhtəşəm səhnələşdirilmiş meydan tamaşası təqdim olunub. Bayram tədbirləri Corat qəsəbəsindən sonra Bayraq meydanında təntənəli bayram keçidi ilə davam etdirilib. Tədbirdə hərbçilərin keçidi, idmançıların, motosikletçilərin, rayonlardan gələn kollektivərin, retro maşınların, müxtəlif nağıl personajlarının, Nəhəng Gəminin, Şuşa qalasının üzərində Şuşanın görkəmli şəxsiyyətlərinin və əsgərlərin, Rusiyanın Sankt-Peterburq şəhərinin "Barabançı qızlar"ının nümunəvi çıxışları, həmçinin helikopterlərin möhtəşəm avia-şousu tədbirə xüsusi rəng qatıb.
Qeyd edək ki, bütöv bir günü əhatə edən "Şəhər günü" bayramı axşam saatlarında Azərbaycanın tanınmış incəsənət xadimlərinin konsert proqramı ilə davam edəcək və bayram tədbiri əsrarəngiz atəşfəşanlıqla yekunlaşacaq.
Tarix
2014.09.23 / 18:05
|
Müəllif
Ülkər Cəfərova
|