Yuxarı

Millət vəkili AŞPA-da ermənilərlə söz duelindən yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan hakimiyyəti müqəddərat məsələsini müzakirə edə bilər".

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Avropa Şurası Parlament Assambleyasında erməni deputatlar ilə müzakirələr barədə qeydində yazıb. Onun sözlərinə görə, ermənilər Qarabağda Şotlandiya prinsipini tətbiq etmək niyyətindədir:

"Avropa Şurası Parlament Assambleyasında Dağlıq Qarabağ probleminin həlli ilə bağlı üzv olduğum Avropa Liberal Demokratik Alyansda gərgin müzakirələr oldu. İlk öncə erməni millət vəkili Zöhrabyan Qarabağ erməniləri üçün Azərbaycanda yaşamağın mümkünsüzlüyünü dilə gətirdi və bildirdi ki, millətlərin öz müqəddəratını təyin etmə hüququ əsas götürülməlidir. Millət vəkili Rəfail Hüseynov onun cavabını verdi ki, işğalla öz müqəddəratını təyin etmə arasında fərqi doğru anlamaq lazımdır".

Millət vəkilinin sözlərinə görə, ermənilər işğal edilmiş torpaqları boşaltdıqdan sonra Azərbaycan hakimiyyəti müqəddərat məsələsini müzakirə edə bilər:

"Bir qədər sonra təkrar söz alan erməni millət vəkili Krımla Qarabağın müqayisəsinin yanlış olduğunu, bu məsələnin Şotlandiya ilə müqaisə olunmasının daha yerində olacağını dilə gətirdi. Bu dəfə mən söz alaraq, bunun erməni həyasızlığı olduğunu bildirdim. Və təklif etdim ki, Ermənistanın Qarabağın işğalı sözünü işlətməkdən Avropa Şurası qorxursa, o zaman Krımın da, Gürcüstan ərazilərinin də işğalından danışmaqdan imtina edin. Ermənilər öz müqəddəratını təyin etmək istəyirlərsə, işğal etdikləri əraziləri boşaltsınlar, bütün qaçqınlar öz torpaqlarına qayıtsınlar, o zaman bölgənin bütün əhalisi ilə birlikdə Azərbaycan hakimiyyəti müqəddərat məsələsini müzakirə edə bilər. Yenidən söz almaq istəyəndə, mən də cavab verəcəyimi bildirdiyimə görə, spiker müzakirələri kəsdi".

Tarix
2014.09.30 / 00:16
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Pezeşkian Moskvaya gedir: Rusiya ilə saziş imzalayacaq

Əlcəzair liderindən Əliyevə: Bu ağrılı sınaqdan...

Təyyarəmizi vuran "Pantsir-S" sistemi nədir, necə işləyir?

Məlikovdan Əliyevə: Sizinlə birlikdə kədərlənirik...

Təyyarə qəzası necə baş verib? - Nazir danışdı

Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video

Ukrayna təyyarə qəzası ilə bağlı açıqlama yaydı

Təcili: AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - Video

“Qara qutu"nun incələnməsinə başlanıldı

Xaricdəki Azərbaycan evlərində xatirə guşələri yaradıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla