Yuxarı

Azərbaycanın əleyhinə olan politoloqa vəzifə verildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın əleyhinə olan politoloqa vəzifə verildi

Rusiyalı politoloq Modest Kolerov yenidən "Regnum" agentliyinə baş redaktor vəzifəsinə gətirilib.

Axar.az xəbər verir ki, bu barədə Kolerov özü Feysbuk səhifəsində yazıb.

Modest Kolerov Kremlə yaxınlığı ilə seçilən politoloqlar sırasında yer alır. O, Azərbaycana, ümumiyyətlə, Moskvanın təsir dairəsindən çıxmaq istəyən ölkələrə qarşı sərt münasibətilə seçilir.

Xatırladaq ki, Modest Kolerov bundan öncə də "Regnum"un baş redaktoru vəzifəsini icra edib. O, bu vəzifədə 2009-2012-ci illərdə fəaliyyət göstərib. Məhz bu dövr ərzində Kolerov Latviya, Litva, Estoniya və Gürcüstanda ərazi bütövlüyünü şübhə altına alan şəxs kimi arzulanmaz hesab edilib. 2012-ci ildən bu günə qədər isə politoloq REX agentliyinin baş redaktoru vəzifəsində çalışıb.

Kolerovu 2012-ci ildə milliyətcə erməni olan Viqen Akopyan əvəz edib. "Regnum" hər zaman erməni mövqelərinə yaxınlığı ilə seçilib.

Bir müddət öncə Modest Kolerov Azərbaycan barədə də fikir bildirmişdi və PA rəsmisi Novruz Məmmədov onun cavabını vermişdi.

Tarix
2014.10.01 / 13:36
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla