Yuxarı

İTV-dən 5 əməkdaşın istefasına açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İTV-dən 5 əməkdaşın istefasına açıqlama

"Onlar istefa ərizəsi yazmayıb. Sadəcə, ITV ilə bağladıqları müqavilələrin müddətləri bitib. Belə görünür ki, onlarla əmək müqaviləsi imzalanmayacaq".

"Axar.az"ın xəbərinə görə, bunu Modern.az saytına İTV-dən verilən rəsmi açıqlamada bildiriblər.

Qeyd edək ki, bu gün "aznews.az" İTV-nin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Tahir Məmmədov, İctimaiyyətlə əlaqələr departamentini müdir müavini Pərvanə Süleymanova, Analitik proqramlar departamentinin direktoru Füzuli İsmayılov, həmçinin bu ilin sentyabrına kimi İTV-nin İnformasiya departamentinin direktoru olmuş və daha sonra vəzifəsi aşağı salınaraq şərhçi kimi fəaliyyət göstərən İlham Sərxanlı, "Carçı-film" Yaradıcılıq Birliyində müavin Qərənfil Xəlilovanın istefa verdiyi barədə xəbər yayıb.

İTV-dən Modern.az-a verilən məlumata görə, sözügedən şəxslərlə bağlı hələ son qərar verilməyib: "Hələlik dəqiqləşdirmələr aparılır. Ancaq istefa söhbəti yoxdur. İstefa ərizəsi kadrlar şöbəsinə, yaxud rəhbərliyə hələ ki, daxil olmayıb. Ümumiyyətlə, vəzifələri imkan vermir ki, onlar istefa ərizəsi yazsın".

Tarix
2013.12.02 / 15:29
Müəllif
Axar.az
Digər xəbərlər

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla