Yuxarı

“AAAF İnşaat” rəhbərinə vəhhabi damğasının ilginc sirri - Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“AAAF İnşaat” rəhbərinə vəhhabi damğasının ilginc sirri - Özəl

"AAAF İnşaat" MMC-nin rəhbəri Tofiq Heydərovun vəhabilərə bağlılığı barəsində xəbərlər səngimək bilmir. Şirkət rəhbərinin sələfilərlə sıx təmasda olduğu, maliyyə dəstəyi belə verdiyi iddia olunur.

Ancaq T.Heydərova yaxın çevrədən Axar.az-a səhih məlumat daxil olub. Mənbənin sözlərinə görə, tikinti maqnatı əslən lənkəranlıdır, İslamın şiə qoluna aiddir və Həcc ziyarətində olub:

"Tofiq Heydərov şiədir və cənub zonasında vəhhabilik inkişaf etməyib. Onun barəsində bu ittihamların səslənməsi sırf "Sevil massivi" MMC-nin rəhbəri ilə bağlıdır. Hazırda həbsdə olan hacı Aynur Zeynalov şirkətinin həyətində vəhhabilərə məscid tikdirmək istəyib. Hüquq-mühafizə orqanları da onun sələfilərlə təmasını təsbit edib.

Hacı Aynurun həbsinin ardınca Hacı Tofiqə qarşı təftiş başlanıb. Bu ərəfədə onunla konflikti olan şəxslər mətbuata bu iddianı sızdırıb. Hacı Aynurla Hacı Tofiqin saxlanmasının eyni vaxta təsadüf etməsi onun da sələfilərlə əlaqəsinin olması ehtimalını gücləndirib," - deyə qaynağımız qeyd edib.

Onun məlumatın görə, T.Heydərovun fəaliyyəti araşdırılıb və yaranmış müəyyən problemlər həllini tapıb. Onun saxlandığı müddətdən sonra "AAAF İnşaat" MMC-də tikinti işləri də dayandırılıb. Təxminən, 2 həftə şirkətdə inşa işlərinə fasilə verilib. Lakin T.Heydərov sərbəst buraxıldıqdan sonra tikinti işləri davam etdirilib. İndinin özündə də binaların, evlərin tikintisi gedir.

Şirkət rəhbərinin dostu olan ilahiyyatçı Zülfüqar Mikayılzadə "Xeberlent.az"a açıqlama verib: "Əvvəla, onu qeyd edim ki, Tofiq Heydərovun vəhhabiliklə heç bir əlaqəsi yoxdur. O, şiə əqidəsinə malik olan bir şəxsdir.

Bir yerli kimi mənim Tofiq Heydərovla əlaqəm olub, var və bundan sonra da olacaq. Şəxsən özüm onunla məsciddə namaz qılmışam və onun hansı əqidəyə malik olduğuna da şahidəm.

Vəhhabi damğasını ona vurmaq ədalətsizlikdir. Qaldı ki, guya, mən ondan 1 milyon dollar dəyərində xüms alaraq hansısa mitinq təşkil etmişəm və 2015-ci ilin parlament seçkilərinə nəsə planlaşdıraraq bu pulları ora xərcləmişəm, bu, açıq-aydın yalandır".

Tarix
2014.10.06 / 10:00
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat

Bu şəxslərin maaşlarında artım oldu

Bu, müharibədən, böhrandan, təhdiddən daha dağıdıcı olur

İrəvanla gündəlikdə olan əsas prioritet... - Hacıyev

Azərbaycan aldadıcı hava hücumu həmləsi etdi - CNN

ABŞ-la danışıqlardan sonra sülh planı yaxşı görünür - Zelenski

Əli Kərimlidən sonra növbə kimindir?

Elçibəy Əli Kərimli ilə bağlı bunu xahiş etmişdi

Əli Kərimli buna görə həbs edildi - Əli İnsanov

Bakıda gündəm olan bu maşın kimindir? - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla