Yuxarı

İlham Əliyev Kommunist Partiyası üzvlərini qəbul etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Kommunist Partiyası üzvlərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Vyetnam Kommunist Partiyası (VKP) Siyasi Bürosunun üzvü, VKP Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anhın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Vyetnam Respublikasına rəsmi səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı bu səfərin yüksək səviyyədə ilk rəsmi səfər olması baxımından önəmini qeyd etdi. Prezident İlham Əliyev Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü və partiyanın Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anhın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin də Azərbaycan ilə Vyetnam arasında intensiv əlaqələrin davam etdirilməsi və əməkdaşlığımızın möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü, VKP Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anh Azərbaycana ilk dəfə səfər etməsindən və Prezident İlham Əliyevlə görüşündən məmnun olduğunu bildirdi. Le Honq Anh Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq əlaqələrinin yaxşı tarixə malik olduğunu vurğuladı. Qonaq Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama ilk rəsmi səfərinin ikitərəfli əlaqələrimizin inkişafına böyük təkan verdiyini dedi.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən ticarət dövriyyəsinin artırılması, neft-qaz, sərmayə qoyuluşu sahələrində, mədəni, humanitar və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı.

Tarix
2014.10.13 / 14:02
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

İlham Əliyevlə Leyenin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla