Yuxarı

ARDNŞ-in “iş verəni” həbs olundu - Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ARDNŞ-in “iş verəni” həbs olundu - Özəl

Şabran rayonunda vətəndaşları aldadaraq pulunu mənimsəyən dələduz tutulub.

Axar.az-a verilən məlumata görə, Xaçmaz sakini olan Yaşar adlı şəxs Şabranda onlarla vətəndaşa işə düzəltmək adı ilə kələk gəlib, pullarını mənimsəyib. Dələduz işsiz vətəndaşların əksəriyyətinə Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) işə düzəltməyi söz verib.

Məlumatı verən rayon sakininin dediyinə görə, sonuncu belə dələduzluq əməli zamanı Yaşar polislər tərəfindən həbs olunub. Belə ki, Şabranın Uzunboyad kəndində kafe sahibi olan Ruslan İsmayılovu ARDNŞ-ə düzəltmək üçün 150 manat alıb. Bu vəsaitin ona əmək kitabçası açmaq üçün lazım olduğunu bildirib. Əvəzində ayda 800 manat əmək haqqı olan işi olacağına söz verib.

R.İsmayılov pulu verdikdən sonra onun hərəkətlərindən şübhələnib. Ertəsi gün Yaşara etdiyi zənglər cavabsız qalıb. Ona ismarıc göndərib ki, başqa adamlar da işə düzəlmək istəyirlər. Yaşar bu mesajdan şirkinlənib R.İsmayılovun kafesinə yenidən gəlib.

Kafeyə gələndə onu polislər qarşılayıb və rayon polis şöbəsinə aparıblar. Məlumatda deyilir ki, saxlanan şəxs etdiyi əməlləri etiraf edib. Hazırda polis onun aldatdığı digər vətəndaşları da axtarır.

Tarix
2014.10.13 / 22:18
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla