Yuxarı

“Erməni nazir Azərbaycanın təbliğatını aparır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Erməni nazir Azərbaycanın təbliğatını aparır”

"Ermənistanın Müdafiə naziri Seyran Ohanyan Azərbaycanın təbliğatını aparır".

Axar.az xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə öz Feysbuk hesabında açıqlama verib.

Onun sözlərinə görə, Seyran Ohanyan vaxtaşırı hərbini siyasətə qarışdıraraq hətta öz vətəndaşlarının təəccübünə səbəb olan bəyanatlar verir:

"Mətbuat xəbər verir ki, Ermənistanın Baş hərbiçisi Seyran Ohanyan özünün rəhbərlik etdiyi ordunun vəziyyəti ilə bağlı açıqlama yayıb. Uğursuz zabit və ondan da uğursuz siyasətçi Ohanyan bu dəfəki bəyanatı ilə isə ölkəsini lap şoka salıb. Çünki onun dedikləri ilə Azərbaycan siyasətçilərinin və ekspetlərinin dedikləri tamamilə üstü-üstə düşür. Şübhə yoxdur ki, erməni nazir reallığı deyib, ancaq o, əvvəl bunu ancaq Ermənistan prezidentinin yanında qapalı iclaslarda deyirdisə, indi artıq açıq şəkildə deyir. Görünür, artıq gizlətməyin mənası yoxdur. Ermənistanın müdafiə naziri Seyran Ohanyan Ermənistan ordusunun hərbi hissələrindən birində olan zaman zabitləri sərt tənqid edib və onları əsgərlərə qarşı kobud münasibətə görə tənqid atəşinə tutub:

"Zabitlərin əsgərlərə qarşı normal münasibət göstərməməsi əsgərlərin həyatına təhlükə yaradır. Heç kəsə sirr deyil ki, zabitlərin son zamanlar "belə fəaliyyəti" çox acınacaqlıdır. Hazırda orduda olan nizam-intizam ciddi şəkildə pozulur".

Millət vəkilinin fikrincə, bu, tamamilə düzgün fikirdir: "Bu fikri Azərbaycan tərəfi həmişə deyir və bildirir ki, Ermənistan ordusunda vəziyyət acınacaqlıdır. Bildirək ki, qonşu dövlətin ordusu pis silahlanır, maddi təchizatı zəifdir, zabit-əsgər münasibətləri quldarlıq dövrünün münasibətlərini xatırladır. Həmçinin Ermənistanda işğal edilmiş Azərbaycan torpaqlarına düşməmək üçün hərbi komissarlıqlara çağırış zamanı böyük rüşvət verilir, ora düşənlərin isə əsgər müavinəti zabitlər tərəfindən zorla əllərindən alınır".

A.Mirzəzadə onu da qeyd edib ki, Ohanyan düzünü desə də, özünün də bildiyi səbəbi dilinə gətirməyə çəkinib:

"Səbəb isə Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsindədir. Erməni əsgəri (elə zabiti də) özgə torpaqda olduğunun fərqindədir, o, Sarkisyan və ohanyanlar üçün öz həyatını qurban vermək istəmir. Elə Ermənistanın da bütün problemlərinin kökündə məhz işğal faktoru dayanır. Əhali ölkədən qaçır, min illərdən sonra təsadüfən yaranmış erməni dövləti layihəsi iflasa uğrayır, sabaha ümid yoxdur. Bütün bunlar da Ermənistan prezidenti yanında qapalı iclaslarda tez-tez səslənir. O, fikirlərin də açıq deyiləcəyi gün uzaqda deyil. Kim gözləyərdi ki, Ohanyan Ermənistan ordusunun içində Azərbaycan tərəfinin sözlərini deyəcək…"

Tarix
2014.10.14 / 15:57
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azərbaycan bu ölkəyə 75 milyonluq yardım edib

Nazir Rus Evi ilə bağlı iddialara son qoydu

AB-nin 10 ölkəsi ilə strateji tərəfdaşıq - Nazir

Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov

AZAL təyyarəsi ilə bağlı birgə rəy açıqlandı: Vurulub!

Prezident AMİP sədrinin oğluna vəzifə verdi

Ermənistanın Azərbaycana sata biləcəyi məhsullar - Siyahı

Paşinyan Putinə elə təklif verdi ki, hər iki halda udur...

Saşanın anası danışdı: Atası Qarabağda döyüşüb - Video

Ermənistandan Azərbaycana təklif...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla