Yuxarı

“Azercell”ə layihə təklifi göndərmək üçün son 8 gün

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azercell”ə layihə təklifi göndərmək üçün son 8 gün

Azercell-in “Həyatı daha dolğun edirik: qadınlara dəstək 2026” sosial layihə müsabiqəsi çərçivəsində layihə təkliflərinin qəbulu davam edir. Qeyri-hökumət və qeyri-kommersiya təşkilatları qadınların rəqəmsal həllər vasitəsilə iqtisadi və sosial imkanlarının genişləndirilməsinə, eləcə də onların ölkənin sosial və iqtisadi həyatında daha fəal iştirakına töhfə verəcək layihələri ilə müsabiqəyə qoşula bilər.

Müsabiqədə qadınların həyat keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edən, inklüziv imkanlar yaradan və rəqəmsal həllərin tətbiqini nəzərdə tutan layihələrə üstünlük veriləcək. Layihələrin geniş auditoriyanı əhatə etməsi, davamlı nəticələr yaratması və uzunmüddətli sosial təsir potensialına malik olması da əsas seçim meyarları sırasındadır.

Layihələr müvafiq sahələr üzrə ixtisaslaşmış ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin qaliblərinə layihələrin həyata keçirilməsi üçün 7 000 AZN-dək maliyyə dəstəyi göstəriləcək.

Təşkilatlar layihə təkliflərini 30 sentyabr 2026-cı il tarixinədək Azərbaycan dilində təqdim edə bilərlər. Müraciət zamanı layihənin həyata keçirilməsi üçün nəzərdə tutulan büdcənin detallı bölgüsünün də əlavə edilməsi tələb olunur.

Layihə təkliflərini təqdim etmək üçün müraciət formasından istifadə etmək mümkündür.

Qeyd edək ki, Azercell sosial layihə müsabiqəsini 2022-ci ildən həyata keçirir. Bu günədək şirkət ölkədə müsbət dəyişikliklərə töhfə verən və müxtəlif sosial məsələlərin həllinə yönəlmiş 10 layihəyə dəstək göstərib.

Tarix
2026.09.22 / 13:34
Müəllif
Axar.az
Digər xəbərlər

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

İlham Əliyev müşavirə keçirdi

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla