Yuxarı

Həbsdəki hüquq müdafiəçisi də İlham Əliyevə müraciət etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həbsdəki hüquq müdafiəçisi də İlham Əliyevə müraciət etdi

Hüquq müdafiəçisi Rəsul Cəfərov azadlığa buraxılması ilə bağlı Prezident İlham Əliyevə və Baş prokuror Zakir Qaralova müraciət edib.

Axar.az xəbər verir ki, bu müraciət onun Feysbuk səhifəsində paylaşılıb.

R.Cəfərov indiyə qədər hüquq müdafiə fəaliyyətini güclü və firavan Azərbaycan üçün həyata keçirdiyini və bundan sonra da eyni məqsədə nail olmaq üçün daha əzmlə, daha doğru, daha şəffaf və geniş dialoq şəraitində çalışacağını bildirib.

Müraciətdə o da qeyd edilib ki, hüquq müdafiəçisi hələ həbsindən əvvəl istintaqın obyektiv aparılması üçün zəruri addımlar atıb.

Bununla belə, həbsdən azad edilməsinin İlham Əliyevdən asılı olduğunu dərk edərək Prezidentdən azadlığa buraxılmasına sərəncam verməsini xahiş edib.

Eyni zamanda, Rəsul Cəfərov bu gün Baş prokuror Zakir Qaralova da müraciət ünvanlayaraq, avqustun 2-də seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və ən azı ev dustaqlığına buraxılması ilə bağlı istintaq orqanına göstəriş verməsini xahiş edib.

Cəfərov müraciətdə istintaqdan yayınmadığını, zəruri ifadə və sənədləri təqdim etdiyini, daimi yaşayış yeri olduğunu və fəaliyyətinin məlum olduğunu qeyd edərək, həbsdə saxlanılması üçün heç bir ciddi əsasın olmadığını bildirib.

Xatırladaq ki, bu gün həbsdə olan "NİDA"çı Ömər Məmmədov Prezident İlham Əliyevə əfv üçün müraciət edib.

Tarix
2014.10.15 / 22:42
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

Azərbaycan XİN Tunisi təbrik etdi

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla