Yuxarı

Qarabağa qanunsuz səfər edən bloger Bakıya necə gəlib? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanlı səyyah, bloger Dipanşu Sangvanın (Yutub adı “Deepanshu Sangwan”) Azərbaycanda səfərdə olması ilə bağlı məsələ araşdırılır.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib. O bildirib ki, Azərbaycan torpaqlarına qanunsuz səfər etmiş blogerlə bağlı Azərbaycanın Hindistandakı səfirliyinə məlumat daxil olub-olmaması məsələsinə də baxılacaq:

“Bu barədə məlumat verən Elşən Rəhimovun Azərbaycanın Hindistandaki səfirliyinə məlumat verməsi məsələsi araşdırılır. Bununla bağlı ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səyahət edən, bu əraziləri “müstəqil respublika” kimi qələmə verən və erməni işğalçılarının leyhinə açıq-aşkar təbliğat aparan hindistanlı səyyah bloger Dipanşu Sangvan Bakıya gəlib. Bu barədə “Qaynarinfo”ya məlumat verən Elşən Rəhimov adlı şəxs bildirib ki, Azərbaycan torpaqlarına qanunsuz səfər etmiş bloger hazırda ölkəmizdədir.

Elşən Rəhimov hindistanlı blogerin ölkəmizə gəlməzdən əvvəl bu barədə Azərbaycanın Hindistandaki səfirliyinə məlumat verdiyini, onun "arzuolunmaz şəxslər" siyahısına salınmasını xahiş etdiyini deyib. Lakin səfirlik məsələyə biganə münasibət göstərib və səfərin qarşısını almayıb.

Tarix
2018.11.14 / 15:34
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

Erməni yürüşçilərə güc tətbiqi... - DİN

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış tdi

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Paşinyan: Delimitasiya bu xəritələrlə aparılır

Azərbaycanla sərhəd dirəklərini artırmaq üçün...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla