Axar.az
Yuxarı

Tramp dünya siyasətini dəyişir: hərblə deyil, pulla...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ öz iqtisadi gücündən, potensialından, sanksiyaları effektiv tətbiqetmə mexanizmlərindən istifadə edərək dünyada öz doktrinasını daha ucuz, daha az xərclə yeritməyə çalışır.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, ABŞ iqtisadiyyatı Trampa qədər də dünyada hegemon sayılırdı:

“ABŞ dünyada ən böyük idxalçı və ixracatçı ölkələrdən biridir və büdcəsinin, ÜDM-nin həcminə görə lider dövlətdir. Tramp sadəcə daha çox biznes təfəkkürü ilə düşündüyündən hər şeyin maddi hesabatını sevən prezident kimi yaddaşlarda qalır. O, artıq Suriyada, İraqda xərclənən vəsaitin heç bir iqtisadi səmərə vermədiyi qənaətindədir. Gələcəkdə isə bu müdaxilələrin ABŞ-a ciddi mənfəət gətirməyəcəyini proqnozlaşdırır və ona görə də ordunu geri çəkir, bu ölkələrdəki hərbi xərclərini sıfırlayır. Amma bu o demək deyil ki, ABŞ öz iqtisadi siyasətində hərbi gücdən tamamilə imtina edəcək. Həmin bölgədə - Səudiyyə Ərəbistanında, Küveytdə, Bəhreyndə, Qətərdə ABŞ-ın hərbi bazaları bu gün də var, sabah da olacaq. Çünki bu bölgəni nəzarət altında saxlamaq üçün bu bazalar ABŞ-a lazımdır”.

İqtisadçı vurğulayıb ki, ABŞ siyasətinin sadəcə istiqamətləri dəyişir:

“Tramp iqtisadi gücün, iqtisadiyyatın daha çox effekt verdiyini və iqtisadi sahədə atılan addımların gələcəkdə ABŞ maraqlarına daha uyğun olduğunu görüb, bununla bağlı müəyyən addımlar atır.

Neftin bugünkü bazar qiymətlərinə baxdıqda da bunu müşahidə edirik. Rusiyaya qarşı 2014-cü ildən bu yana ciddi sanksiyalar tətbiq olunur. Amma neftin qiymətlərinin 87-88 dollara qədər çatması ABŞ-ın tətbiq etdiyi sanksiyaları demək olar ki, heçə endirmişdi. Rusiyanın bununla valyuta gəlirləri də, ÜDM-si də artdı. Resurs ölkələrinə, neftdən asılı olan dövlətlərə, o cümlədən Rusiyaya nəinki hərbi güclə, iqtisadi sanksiya və neft qiymətləri ilə daha çox təsir etmək olar. Ona görə də dünyada maraqlı situasiya yaranıb. Bunu yeni bir dönəmin başlanğıcı kimi bunu qəbul etmək olar”.

İqtisadçının sözlərinə görə, ABŞ-ın hərbi büdcəsi də kifayət qədər yüksəkdir:

“Dünyada ən böyük hərbi büdcə ABŞ-dadır. Builki hərbi büdcəsi 750 milyardın üstündədir. Amma ABŞ-da hərbi deyil, artıq iqtisadi faktorlardan, amillərdən istifadə edərək, siyasətini həyata keçirmək meyili güclənir. Bu faktorla ABŞ Çin, AB, Kanada, Meksika, hətta bütün Latın Amerikası ölkələri ilə münasibətləri yeni bir müstəviyə çəkməyə çalışır”.

İqtisadçı vurğulayıb ki, ABŞ dünyaya təzyiqlərini davam etdirəcək:

“ABŞ-ın Suriyadan qoşunlarını çıxarmaqla bağlı qərar verməsi bir çox amillərlə bağlıdır. ABŞ həmin bölgədə əmin-amanlığın yaradılmasını, öz maraqlarının təmin edilməsini NATO müttəfiqi Türkiyə vasitəsi ilə həyata keçirməyin daha ucuz başa gələcəyini düşünərək bu addımı atır. Paralel olaraq da Türkiyəyə 3,5 milyard dəyərində silah satmaqla bağlı qərar verir. Yəni burada ABŞ ikitərəfli qazanclı çıxır. Həm hərbi kontingentini azaltmaqla xərclərini azaldır, həm də bölgə ölkələrinə silah sataraq öz iqtisadiyyatını daha da gücləndirir. Əslində çox maraqlı və yeni bir situasiya ilə qarşı-qarşıya qalmışıq”.

Qeyd edək ki, ABŞ Suriyadakı 2 min hərbçisini çıxarmaq barədə qərar verib. Əfqanıstandan isə 7 min əsgərini çıxaracağı haqda qeyri-rəsmi məlumat yayılıb.

Tarix
2018.12.21 / 10:02
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Düşmən kvadrokopteri məhv edildi

Ermənistanı çökdürən iki fakt - Ekspert

Qırğızıstandan Bakıya dəstək: İrəvan dərhal çıxmalıdır

Prezidentin müraciətindəki 5 sirli məqam – Şərh

Korona mutasiyaya uğrayır: Daha sürətli və daha ölümcül...

Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur

Ermənistanın nə qədər silahı qalıb? - Statistika

İrəvan niyə son atəşkəsi də pozdu? – Pol Qoblun cavabı

Hacıyevdən Daşkəsəndəki yanğınla bağlı - Açıqlama

Tərtər şəhəri atəşə tutuldu - Rəsmi

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla