Yuxarı

Rusiya sərhədində problem: Azərbaycan maşınları...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya sərhədində problem: Azərbaycan maşınları...

Gürcüstan ilə Rusiya arasındakı Yuxarı Lars sərhəd-keçid məntəqəsində böyük avtomobil tıxacı yaranıb.

Axar.az xəbər verir ki, sərhəddə 500-dən çox yük və minik avtomobili yolun açılmasını gözləyir. Lakin aramsız yağan qar və şaxta yolda avtomobillərin hərəkətinin bərpasına imkan yaratmır. Sərhəddə Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, İran və digər ölkələrə məxsus avtomobillər də var.

Yolda təcili tibbi yardım briqadaları, fövqəladə hallar xidməti və digər aidiyyəti qurumların əməkdaşları sürücülərə, sərnişinlərə lazımi xidmət göstərir.

Yuxarı Larsda çoxfunksiyalı yeməkxana, ana və uşaqlar üçün səyyar otaqlar quraşdırılıb.

Məlumat üçün qeyd edək ki, Gürcüstanla Rusiyanı birləşdirən yeganə avtomagistral Yuxarı Lars yolu güclü qar, şaxta və qar uçqunu səbəbindən dekabrın 26-da saat 16:00-dan etibarən bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.

Tarix
2018.12.28 / 19:44
Müəllif
Axar.az
Digər xəbərlər

Xəzər geri çəkilir: Azərbaycanı gözləyən 10 böyük təhlükə

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

Azərbaycan və Rusiya arasında sənəd imzalandı

Rusiya ilə birbaşa uçuşların bərpası planlaşdırılır

Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoydu

AZAL qəzası ilə bağlı bütün məsələlər... - Lavrov

Bayramov Moskvada "Naməlum əsgər"i ziyarət etdi

Bayramovla Lavrovun görüşü başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla