Yuxarı

Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoydu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoydu

Yaxın keçmişdə ikitərəfli münasibətlərimizdə müəyyən çətinliklərlə üzləşmişdik.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu məsələ bugünkü müzakirələr zamanı da qeyd olunub: “Məmnunluq hissi ilə vurğulamaq istəyirəm ki, dövlətlərimiz həmin mürəkkəb mərhələni geridə qoymağa və Rusiya-Azərbaycan münasibətlərinin bütün spektrini tam şəkildə normallaşdırmağa nail olub.

Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub. Münasibətlərin tam formatda bərpası məhz bu səylərin nəticəsində həyata keçirilib”.

Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan və Rusiya çoxəsrlik tarixi, mədəni və humanitar əlaqələrlə birləşən qonşu dövlətlərdir: “Ölkələrimiz arasında münasibətlər möhkəm xarakter daşıyır, xalqlarımız arasında sıx və dərin əlaqələr mövcuddur. Bu əlaqələr öz növbəsində dövlətlərarası münasibətlərin əsasını təşkil edir”.

Tarix
2026.07.17 / 16:02
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla