Yuxarı

Finalda Argentina İspaniyanı 3-2 uddu - “Gələcəkdən tvit”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Finalda Argentina İspaniyanı 3-2 uddu - “Gələcəkdən tvit”

2026-cı il Dünya Çempionatının finalında Argentina və İspaniyanın üz-üzə gələcəyi dəqiqləşdikdən sonra sosial şəbəkələrdə beş il əvvəl paylaşılmış bir tvit yenidən gündəmə gəlib.

Axar.az Savashmedia.az-a istinadən xəbər verir ki, söhbət 2021-ci il iyulun 11-də X (o vaxtkı Tvitter) platformasında edilən paylaşımından gedir.

Həmin paylaşımda "Argentina indicə 2026 Dünya Çempionatının finalında İspaniyanı 3-2 hesabı ilə məğlub etdi" sözləri yer alıb. Final cütlüyünün müəyyənləşməsindən sonra bu paylaşım sürətlə yayılaraq minlərlə istifadəçi tərəfindən müzakirə olunmağa başlayıb. Bir çoxları bunu "dəqiq proqnoz", bəziləri isə zarafat və ya təsadüfi paylaşım kimi qiymətləndirib.

Qeyd edək ki, tvitin həqiqətən 2021-ci ildə paylaşılması təsdiqlənsə də, müəllifin bunu hansı məqsədlə yazdığı məlum deyil. Onun gələcəyi əvvəlcədən bildiyinə və ya bunun qeyri-adi hadisə olduğuna dair hər hansı sübut yoxdur. İndi isə futbolsevərlər maraqla gözləyirlər: görəsən, beş il əvvəl yazılan həmin paylaşımdakı 3-2 hesabı da gerçəyə çevriləcək, yoxsa bu, sadəcə təsadüf olaraq qalacaq?

Tarix
2026.07.18 / 00:13
Müəllif
Axar.az
Digər xəbərlər

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla