Yuxarı

2019 proqnozu: iqtisadi savaş davam edir, Çinə qarşı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
2019 proqnozu: iqtisadi savaş davam edir, Çinə qarşı...

Geridə qoymaqda olduğumuz il dünya iqtisadiyyatında bir çox hadisələrin baş verməsi ilə yadda qaldı.

2019-cu ilin dünya iqtisadiyyatına nələr vəd etdiyinə dair iqtisadçı Natiq Cəfərli fikirlərini Axar.az-la bölüşüb. O bildirib ki, gələn il ticarət və valyuta savaşları ilin ilk yarısında davam edəcək:

“Bu da dünyanın iqtisadi artımına, ticarət dövriyyəsinə mənfi təsir edən amilə çevriləcək. Çox güman, 2019-cu ilin ikinci yarısı bu savaşların səngiməsi ilə yadda qalacaq. Yeni müqavilələr, yeni “oyun qaydaları” yaranacaq, dünya ticarətində haqlının güclü yox, güclünün haqlı olduğu dönəm başlayacaq. Qlobal olaraq həm ABŞ, həm Avropa, həm də Rusiya tək bir yüksələn gücdən – Çindən çəkinir. Ona görə də öz aralarında nə qədər münaqişə, fikir ayrılığı olsa da, Çinlə bağlı koordinasiyalı şəkildə davranmağa çalışacaqlar”.

İqtisadçı qeyd edib ki, ABŞ dünya iqtisadiyyatının lokomotivi rolunu oynamağa davam edəcək:

“ABŞ iqtisadiyyatı 2,5-3% civarında artacaq, bu da dünya iqtisadiyyatına pozitiv təsir edəcək. Amma ilin ilk yarısında ticarət savaşlarının ABŞ iqtisadiyyatına da mənfi təsirləri olacaq. Amerika cəmiyyəti anlayacaq ki, Trampın gömrük rüsumları və vergilərin artırılması yolu ilə digər ölkələrə təzyiq siyasətinin bədəlini elə vətəndaşlar ödəyirlər. Çin mallarına artan gömrük rüsumları sonda qiymətlərin də yüksəlməsinə, son ödəyici kimi ABŞ vətəndaşlarının cibinə təsir edəcək”.

N.Cəfərlinin sözlərinə görə, Avropanı - qoca qitəni məşğul edən ən böyük problemlər Britaniyanın AB-dən çıxma proseduru, qaçqın problemi və iqtisadiyyatın yavaşlaması olacaq:

“Aşırı sağın və populizmin artması davam edəcək, bir çox ölkələrdə “suverenlik” hərəkatları, AB-dən asılılığın azadılması cəhdləri davam edəcək. Avropada “anti-elita” hərəkatları güclənəcək, sürpriz seçki nəticələri olacaq. Türkiyədə isə bələdiyyə seçkiləri maraqlı keçəcək, AKP ya İstanbulu, ya Ankaranı uduzacaq, iqtisadiyyatın yavaşlaması davam edəcək, ancaq dövlət investisiyaları hesabına iqtisadiyyatın stimullaşdırılması yetərli olmayacaq. AKP hökuməti Bəşər Əsədlə birbaşa olmasa da, dolayısı danışıqlara başlayacaq. İranda iqtisadiyyatın daralması, zəifləməsi, inflyasiyanın güclənməsi davam edəcək. Amma ilin ilk yarısında İranın ABŞ-la gizli danışıqları baş tutacaq, çox güman, yeni saziş imzalayacaqlar”.

İqtisadçı vurğulayıb ki, Azərbaycan üçün üç ssenari üzrə proqnozlar vermək mümkündür:

“Neft qiymətləri 60-70 dollar arası olsa, ciddi heç nə dəyişməyəcək, manat sabit qalacaq. Neft qiymətləri 50-60 dollar arası olsa, hökumət bəzi xərcləri azaldacaq, büdcə xərcləri azalan kimi isə iqtisadi aktivlik də aşağı düşəcək. Neft qiymətləri 40-50 dollar arası olsa, iqtisadiyyatda ciddi daralma görəcəyik, ÜDM 3% civarında azalacaq, xarici ticarətdə mənfi saldo yaranacaq və s.”.

Tarix
2018.12.31 / 18:15
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

AZAL təyyarəsi ilə bağlı birgə rəy açıqlandı: Vurulub!

Prezident AMİP sədrinin oğluna vəzifə verdi

Ermənistanın Azərbaycana sata biləcəyi məhsullar - Siyahı

Paşinyan Putinə elə təklif verdi ki, hər iki halda udur...

Saşanın anası danışdı: Atası Qarabağda döyüşüb - Video

Ermənistandan Azərbaycana təklif...

Putin buna görə Əliyevdən üzr istəyib - Zaxarova

Prezidentin təltif etdiyi alpinist qadın danışdı

Berdiməhəmmədov səfirimizi təltif etdi - Foto

Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla