Yamal sevgilisi ilə yaşamaq üçün Pike və Şakiranın villasını alır
13:55
| Ana səhifə Planet |
|
Monteneqro hakimiyyəti Podqoritsada yerli vətəndaşın türkiyəlilər tərəfindən yaralanması ilə bağlı hadisədən sonra bu gün Türkiyə vətəndaşları üçün vizasız rejimi təcili şəkildə ləğv edəcək.
Axar.az xəbər verir ki, bunu Monteneqronun Baş naziri Miloyko Spayiç deyib.
“Türkiyə vətəndaşları üçün vizasız rejimin müvəqqəti olaraq ləğvi barədə təcili qərar qəbul edəcəyik. Qarşıdakı dövrdə iqtisadi fəaliyyəti və yaxşı ikitərəfli münasibətləri qorumaq üçün, əməkdaşlıq və müttəfiqlik ruhunda qarşılıqlı maraqlara cavab verən optimal model tapmaq məqsədilə Türkiyə ilə intensiv danışıqlara başlayacağıq”, - o bildirib.
Qeyd edək ki, oktyabrın 26-sında Monteneqro polisi Podqoritsa sakinini bıçaqlayan iki Türkiyə vətəndaşını həbs edib.
|
Tarix
2025.10.27 / 10:57
|
Müəllif
Zeynəb Əkbər
|