Yuxarı

Luvr oğurluğu: Qarətçilərdən biri DNT izi ilə tapıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Luvr oğurluğu: Qarətçilərdən biri DNT izi ilə tapıldı

Parisdə məşhur Luvr muzeyini qarət etməkdə şübhəli bilinənlərdən biri cinayət yerində tapılan DNT izləri sayəsində həbs edilib.

Axar.az xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.

Telekanalın məlumatına görə, cinayət yerində DNT izləri tapılıb və bu, saxlanılan iki cinayətkardan birinin şəxsiyyətinin müəyyən edilməsində həlledici rol oynayıb.

Bildirilib ki, qarətçilər hadisə yerində üstündə DNT izləri ola biləcək bir neçə əşya - dəbilqə, ratsiya, sarı jilet qoyublar.

Qeyd edək ki, oktyabrın 19-da Luvr muzeyi qarət olunub, imperator III Napoleona məxsus zinət kolleksiyasından 9 əşya oğurlanıb. Hadisəni törətməkdə şübhəli bilinən iki şəxs saxlanılıb.

Tarix
2025.10.27 / 13:00
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla