Yuxarı

"Report" İnformasiya Agentliyinin 11 yaşı tamam olur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Report" İnformasiya Agentliyinin 11 yaşı tamam olur

"Global Media" şirkətlər qrupuna daxil olan Report İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 11 il ötür.

Azərbaycanda azad mətbuatın fəaliyyəti üçün yaradılan münbit şərait, ictimaiyyətin onlayn xəbər resurslarına əlçatanlığının asanlaşmasını nəzərə alaraq, habelə ölkəmizin son illər genişmiqyaslı layihələrə qoşulması, mötəbər tədbirlərə ev sahibliyi etməsi barədə ictimaiyyətin daha dolğun informasiyalarla təmin olunması məqsədilə 2014-cü ildə Report İnformasiya Agentliyi onlayn media məkanında fəaliyyətə başlayıb.

Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən agentlik ötən 11 il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.

Yarandığı gündən agentliyin qarşıya qoyduğu məqsəd ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə, rəy və açıqlamalar yaymaq, Azərbaycanda və dünyada keçirilən irimiqyaslı tədbirləri xəbər, foto, video reportajlar vasitəsilə işıqlandırmaqdan ibarət olub.

İlk gündən eksklüziv xəbərlərə üstünlük verən agentlik bütün yerli saytlar üçün etibarlı istinad mənbəyinə çevrilib. Hazırda Report-un özəl xəbərlərini gün ərzində çoxlu sayda yerli və xarici mötəbər kütləvi informasiya vasitələri istinadla dərc edir.

Report agentliyinin fəaliyyətində Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin, postmüharibə dövrünün həqiqətlərinin, o cümlədən də işğaldan azad olunan ərazilərdə görülən bərpa-yenidənqurma işlərinin, həyata keçirilən layihələrin ölkə və dünya ictimaiyyətinə çatdırılması xüsusi yer tutur. Bu məqsədlə il ərzində 24/7 formatında fasiləsiz çalışan Report.az saytında dərc olunan xəbərlər, şərhlər rus və ingilis dillərinə operativ şəkildə tərcümə olunur.

Axar.az kollektivi olaraq həmkarlarımızı təbrik edir, işlərində uğurlar arzulayırıq!

Tarix
2025.10.27 / 09:50
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla işləməyə davam edirik - Paşinyan

Şeyx Papa ilə görüşə gedir

Türkiyədən Zəngəzur açıqlaması: Başladıq!

Paşinyandan “Tramp yolu” ilə bağlı açıqlama

Pakistan qırıcıları Bakı səmasında - Video

Əliyevin bu bəyanatı tarixi hadisədir, cavabımız olacaq!

Türkiyə yük maşınları Azərbaycana belə gedəcək

Artıq 1 il 8 aydır sərhəddə heç bir əsgər həlak olmur

Pezeşkianın bu sözü Türkiyə mediasında yanlış yozuldu

Ramiz Mehdiyevin atası da vətənə xəyanət edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla