Yuxarı

İlk dəfə idi ki, İran generalı Bakıda bu addımı atdı – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlk dəfə idi ki, İran generalı Bakıda bu addımı atdı – Şərh

İran-Azərbaycan əlaqələri indiki qədər intensiv olmamışdı.

Axar.az xəbər verir ki, bu sözləri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqirininin Bakıya səfərini şərh edən politoloq Elxan Şahinoğlu deyib. O, son illər ərzində prezidentlər səviyyəsində 10-dan çox görüşün keçirildiyini qeyd edib:

“Azərbaycan parlamentinin sədri Oqtay Əsədov bu yaxınlarda Tehranda səfərdə olmuş və Prezident Həsən Ruhani tərəfindən qəbul edilmişdi. İran prezidentləri nadir hallarda Tehranda xarici ölkələrin parlament sədr və ya nazirləri ilə görüşürlər. Ancaq İran prezidenti Azərbaycan üçün istisna etdi. Digər tərəfdən Azərbaycan rəsmilərinin Tehrana səfərlərinin proqramının hazırlanmasında İranın Azərbaycandakı səfiri, əslən azərbaycanlı Cavad Cahangirzadə fəal iştirak edir. Cavad Cahangirzadə səfir olmasına baxmayaraq, İranın yüksək vəzifəli şəxsləri, o cümlədən İran parlamentinin sədri Əli Larincani ilə sıx əlaqələrə malikdir və o, bu əlaqələrdən istifadə edərək iki ölkə arasındakı əməkdaşlığı inkişaf etdirməyə çalışır”.

Politoloq qeyd edib ki, İran rəsmiləri əvvəllər də bir neçə dəfə Azərbaycan torpaqlarının işğal altında olduğunu vurğulamışdılar:

“Ancaq Baqiri Qarabağla bağlı açıqlamanı xüsusi vurğulamaq üçün Bakıda televiziya jurnalistləri üçün qısa birifinq keçirdi. Sanki Baqiri istəyirdi ki, onun Qarabağla bağlı açıqlamasını hamı eşitsin. Baqiri əslən azərbaycanlıdır, Təbrizdə doğulub. İran hakimiyyətində və dini dairələrində azərbaycanlıların sayı az deyil. Əlbəttə, azərbaycanlıların bir qismi İranın milli və təhlükəsizlik maraqlarından çıxış edirlər. Onların bir qismi İranın Ermənistanla əlaqələrinə də xoş baxmaya bilər. Mümkündür ki, Baqiri bir azərbaycanlı olaraq Dağlıq Qarabağ məsələsində Azərbaycana qətiyyətli dəstəyi Bakıda vurğulamağı lazım bilib”.

Siyasi şərhçi Baqirinin Azərbaycana səfərinin başqa bir səbəbini də istisna etməyib: “Ümumiyyətlə, son bir il ərzində İrandan Azərbaycana gələn yüksək rütbəli hərbçilərin sayı artıb. Görünür, Tehran bu yolla Azərbaycanın ABŞ-ın İrana qarşı sanksiyalarında yer almamasına reaksiya verir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, bu sanksiyalarda iştirak etməyəcək. Baqiri də bunun qarşılığında Qarabağ məsələsində Azərbaycana birmənalı dəstək verdiklərini söylədi. Ancaq Azərbaycan üçün bu azdır. Bakının Tehrandan gözləntisi budur ki, İran Qarabağ məsələsində Türkiyə kimi mövqe tutsun, Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər Ermənistanla diplomatik əlaqələri kəssin, sərhədi qapatsın. İranın bu addımı Paşinyanın Qarabağ siyasətini ciddi korrektəyə məcbur edə bilər”.

Tarix
2019.01.18 / 15:15
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla