Yuxarı

Fərman verildi: Bu institutlar birləşir – Siyahı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyindəki bəzi qurumlar ictimai rəydə öz fəaliyyətləri ilə müəyyən rol oynamır. Sözsüz ki, bu sahədə islahatların aparılması gözlənilən idi.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Məlahət Mürşüdlü Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan qurumlarda islahatların aparılması haqda fərmanını şərh edərkən deyib. O bildirib ki, AMEA-nın strukturuna daxil olan qurumların fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı fərman çox yerində verilmiş bir qərardır:

“Hazırda AMEA-da, bildiyim qədərilə, 34 institut fəaliyyət göstərir. Düşünürəm ki, bu qədər institutun olması vacib deyil. Bu gün Avropanın heç bir ölkəsində ayrıca Elmlər Akademiyası yoxdur. Bu qurum daha çox keçmiş MDB ölkələrinin bəzilərində mövcuddur. Bir çox xarici ölkələrdə müxtəlif elmlərlə məşğul olan mərkəzlər, tədqiqat institutları universitetlərin nəzdində fəaliyyət göstərir.

Düşünürəm ki, buna görə də Dilçilik, Folklor, Ədəbiyyat, Tarix, Coğrafiya institutlarının hər birinin ayrıca fəaliyyət göstərməsinə ehtiyac yoxdur. Digər tərəfdən, AMEA-nın tərkibində dəqiq elmlərlə məşğul olan botanika, kimya, riyaziyyat, fizika sahəsindəki institutların işinin elmə faydalılığı monitorinq edilməli, müstəqillikdən sonrakı 25 ildə əldə etdiyi nailiyyətlər, kəşflər, istər Azərbaycan, istərsə də dünya elminə verdiyi töhfələr araşdırmalıdır. Hansı institutlar bu gün Azərbaycan elminə fayda verirsə, saxlanılmalıdır. Amma humanitar sahələrlə bağlı institutların bağlanması yox, birləşdirilməsi lazımdır.

Məsələn, kimya elmləri üzrə ayrıca Neft-Kimya Prosesləri, Kataliz və Qeyri-üzvi Kimya, Aşqarlar Kimyası institutuları da vahid ad altında birləşdirilməlidir”.

Təhsil ekspeti Kamran Əsədov isə bildirib ki, ixtisaslararası əlaqənin, müasir elmi yeniliklərin tətbiqi üçün bu birləşdirilmələr labüddür:

“AMEA-nın Humanitar Elmlər Bölməsinə daxil olan Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Folklor İnstitutunun ayrı-ayrılıqda fəaliyyət göstərməkdənsə, birləşməsi, eyni zamanda, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Hüseyn Cavidin Ev Muzeyi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna biləşə bilər. Bunu AMEA-nın İctimai Elmlər Bölməsinə də aid etmək olar. Arxeologiya və Etnoqrafiya İnstitutu, Elm Tarixi İnstitutu, Qafqazşünaslıq İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyinin Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutuna birləşdirilməsi mümkündür. Çünki bu qurumların hamısı tarixin hissələri və dövrləridir.

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsində mövcud olan Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Botanika İnstitutu, Zoologiya İnstitutu, Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu və Mikrobiologiya İnstitutunun ayrı-ayrılıqda fəaliyyətinə ehtiyac yoxdur. Bunlar vahid institut haqqında fəaliyyət göstərsələr, elmi tədqiqat işlərinin aparılması üçün daha effektiv olar”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Fərmanda Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan (tabeliyindəki) elm, elmi-tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumların (institut, mərkəz, təhsil müəssisəsi və s.) fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması məqsədilə İşçi Qrup yaradılması haqqında xüsusi bənd var. Fərmanda Prezident Administrasiyasına İşçi Qrupun yaradılması və 6 ay müddətində müvafiq təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırılıb.

Tarix
2019.01.21 / 14:55
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

PUA-larla döyüşdə təyyarə səhvən vurulub? Hiyləgərlər!

AZAL-ın vurulan təyyarəsi.. - Yeni video

Putin Kurenkovla Aktaudakı qəzanı müzakirə etdi

AZAL təyyarəsini vurulması hansı dəhşətli faktı üzə çıxartdı?

Səudiyyə Kralı və Baş naziri İlham Əliyevə başsağlığı verdi

Yaponiya XİN başçısı Azərbaycana başsağlığı verdi

Rusiya üzr istəyib, təzminat ödəyəcək - Markov

Gələn il üçün yaşayış minimumu təsdiqləndi

Rusiya Azərbaycana nə qədər təzminat ödəməlidir?

AZAL təyyarəsi Kadırov-Kərimov savaşına qurban getdi

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla