Yuxarı

ABŞ Kubanın neft şirkətinə sanksiya tətbiq etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Kubanın neft şirkətinə sanksiya tətbiq etdi

ABŞ Kubanın "Union Kuba - Petroleo" dövlət neft-qaz şirkətinə qarşı birtərəfli sanksiyalar tətbiq edib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio X sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, məhdudiyyətlər Prezident Donald Trampın müvafiq fərmanına uyğun olaraq tətbiq edilir.

"Kubanın kommunist elitaları energetikanı sosial nəzarət və kleptokratik qazanc alətinə çeviriblər. Onilliklər boyu rejim əlçatan yanacağı oğurlayır və toplayırdı. Halbuki Kuba xalqı elektrik enerjisinin kəsilməsindən əziyyət çəkir və avtomobillərinə yanacaq doldurmaq imkanını həftələrlə gözləyirdi.

Prezident Tramp Kuba xalqı üçün daha böyük iqtisadi və siyasi azadlığı və imkanları olan yeni bir gələcək istəyir. O vaxta qədər isə biz kommunist rejiminin öz gündəliyini irəli aparmaq və Kuba xalqını amansızcasına əzmək üçün enerji ticarətindən istifadə imkanlarına zərbələr endirməyə davam edəcəyik", - Rubio yazıb.

Tarix
2026.06.11 / 23:23
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla