Yuxarı

İrana planlaşdırılan zərbələr ləğv edildi - Tramp

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrana planlaşdırılan zərbələr ləğv edildi - Tramp

ABŞ Prezidenti Donald Tramp İrana qarşı əvvəlcədən planlaşdırılmış zərbələri ləğv etdiyini açıqlayıb.

Axar.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"İranla danışıqların bu ölkə rəhbərliyinin ən yüksək səviyyəsinə çatdırılması və bəyənilməsi faktına əsaslanaraq mən ABŞ Prezidenti kimi İrana qarşı bu axşam üçün nəzərdə tutulan zərbələri və bombardmanları ləğv etdim. Danışıqlar və yekun müddəalar həm konseptual baxımdan, həm də ən xırda təfərrüatına qədər ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Türkiyə, Pakistan, Bəhreyn, Küveyt, İordaniya, Misir və digərləri daxil olmaqla, prosesə cəlb olunmuş bütün ölkələr tərəfindən bəyənilib", - paylaşımda bildirilib.

Bununla belə, Trampın sözlərinə görə, Hörmüz boğazı bölgəsindəki İran limanlarının dəniz blokadası yekun razılaşma qəbul edilənə qədər tam qüvvədə qalacaq.

Tarix
2026.06.11 / 22:20
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla