Yuxarı

Səfirin Qarabağ açıqlamasında nə çatmır? - Cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səfirin Qarabağ açıqlamasında nə çatmır? - Cavab

Ermənistan Baş naziri Nikol Paşinyanın Tehranın “Ararat” klubunda erməni icması ilə görüşü zamanı qaldırılan “Qarabağ Ermənistandır” şüarını İranın Bakıdakı səfirinin pisləməsinə reaksiyalar verilməkdədir.

Axar.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdəki gedən müzakirələrə politoloq Elxan Şahinoğlu da qoşulub. Politoloq bildirib ki, iranlı rəsmilər Paşinyanın Tehranda ermənilərlə görüşü zamanı asılan bayraqdan və şüardan xəbərləri olmadıqlarını bildirdilər:

“Onu da dedilər ki, həmin yazılar erməni dilində olub, nə yazıldığını guya bilməyiblər, ancaq bunun təxribat mahiyyəti daşıdığını etiraf edirlər. Onda sual olunur: Niyə İran polisi Tehranda “Qarabağ Ermənistanındır” şüarını zalın mərkəzində asan təxribatçıları həbs etmir, Təbriz stadionundan çıxarkən “Qarabağ Azərbaycanındır” deyən 29 soydaşımızı həbs edir? Məgər Tehran Qarabağın Azərbaycanın bir parçası olduğunu qəbul etmir? Edirsə, niyə təxribatçı erməniləri yox, rəsmi Tehranın Azərbaycanın ərazi bütövlüyünü tanıdığına dəstək verən azərbaycanlıları həbs edir? Axı soydaşlarımız “Qarabağ Azərbaycanındır” deməklə rəsmi Tehranın siyasətinə tərs düşən heç nə deməyiblər”.

Tarix
2019.03.05 / 09:38
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyada 3 azərbaycanlı barədə qərar verildi

Böyük Britaniya Çingiz Əliyevə sanksiyalar tətbiq etdi

Xəzər dənizi ilə bağlı növbəti mühüm iclas keçirildi

AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib?

Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı

Azərbaycana qarşı bu qətnamənin heç bir əsası yoxdur

Azərbaycan qatarı Ermənistanda - Video

Azərbaycanla ABŞ arasında mühüm iclas keçirildi

Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı... - Nazirlik

Anar Əsədli: Artıq susmayacağam - Məhkəmə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla