Yuxarı

Prezidentin məhkəmə ishalatı: nələr dəyişəcək? - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüquq islahatlarının dərinləşdirilməsi ilə bağlı fərman günün tələbləri baxımından vacib, zəruri, mütərəqqi addımdır.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanını şərh edən millət vəkili Tahir Mirkişili deyib. Deputat qeyd edib ki, fərman məhkəmə-hüquq sistemində ədalət mühakiməsinə verilən vacib töhfə olduğu kimi, sahibkarlıq mühitinin də daha əlverişli olması və sahibkar-dövlət orqanı münasibətlərində çevikliyin təmin olunmasında aparılan islahatların mühüm bir hissəsidir:

“Sahibkarlar üçün məhkəməyə müraciət etmək hər zaman böyük stress, xərc və sahibkarlıq fəaliyyətindən diqqətin yayınması deməkdir. Sahibkarın müraciəti ilə bağlı nə qədər tez, şəffaf və aydın qərarlar qəbul olunarsa, ölkə üçün bir o qədər faydalı olar. Çünki bu zaman sahibkar daha çox öz fəaliyyəti ilə məşğul olacaq, vaxtını fəaliyyətini genişləndirməyə və investisiya qoymağa sərf edəcək. Eyni zamanda, spesifik məsələlərə peşəkar yanaşma daha çox ədalətli qərarların qəbul olunmasına imkan verəcək ki, bu da sahibkarlıq fəaliyyəti və investisiya cəlb olunması üçün vacib şərtdir”.

Millət vəkili bildirib ki, sahibkarların gömrük, vergi, sosial sığorta və digər məsələlər üzrə müraciətlərinə baxan ixtisaslaşmış məhkəmələrin yaradılması və bu məhkəmələrdə çalışan hakimlərin dərin hüquqi bilik və təcrübəyə sahib olması müraciətlərə daha tez və peşəkar formada baxılmasına imkan verəcək:

“Çünki bu sahələrdə qanunvericiliyin spesifik müddəalarının tətbiq edilməsi daha dərin bilik və təcrübə tələb edir. Bir çox ölkələrdə tətbiq olunan xüsusi sahəvi məhkəmələr öz səmərəliliyini göstərməkdədir. Mübahisəli məsələlərin keyfiyyətlə və ədalətli həlli bütövlükdə iqtisadiyyatın inkişafı üçün mühüm şərtlərdən biridir”.

Tarix
2019.04.06 / 09:09
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

"Azərsun Holdinq”in yeni sədri bəlli oldu

Mnatsakanyan təsdiqlədi: "Ordunun komandanı" olub

Rustavidə saxlanılan İŞİD üzvü Azərbaycan vətəndaşıdır

Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə görüşdü

Əmlakın müsadirəsi ilə bağlı yeni qərar

Balayanın 1991-ci ildə istintaqa ifadəsi: hücum edənlər...

Ağacları kütləvi şəkildə kəsənlər vəzifəli şəxslər imiş

Pənahov ABŞ-da 2 milyonluq villanı hansı pulla alıb?

Başçı bir ərazini iki şəxsə satdı, məhkəməni isə saymırlar...

Xocalıda qumbara partladı: yaralı var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla