Yuxarı

Şahin Mustafayev türk həmkarı ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şahin Mustafayev türk həmkarı ilə görüşdü

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev 2-5 dekabr tarixlərində Bakıda keçirilən "BakuTel-2014" Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi-konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin Elm, sənaye və texnologiya naziri Fikri İşıqla görüşüb.

Axar.az xəbər verir ki, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Türkiyə arasında siyasi və iqtisadi əlaqələrin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini və əməkdaşlığın bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini vurğulayıb.

Qeyd edək ki, hazırda Azərbaycanda 2500-ə yaxın türk şirkəti fəaliyyət göstərir ki, bu da Azərbaycandakı xarici şirkətlərin 36%-dən çoxunu təşkil edir. Ölkəmizdə həyata keçirilən layihələrin bir çoxunda Türkiyə şirkətləri podratçı qismində də iştirak edirlər.

Türkiyənin elm, sənaye və texnologiya naziri Fikri İşıq Azərbaycana səfərindən, "BakuTel-2014" sərgi-konfransında iştirakından məmnunluğunu ifadə etmiş, uğurla davam edən Azərbaycan-Türkiyə əlaqələrinin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi üçün konkret istiqamətlər üzrə müzakirələr aparılıb.

Tarix
2014.12.03 / 16:47
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Zakir Həsənov azad olunmuş ərazilərdə - Foto

Sülh heç vaxt təmin olunmur - Papuaşvili

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Overçuk Zəngilanda səfərdədir: Mühüm iclas keçirildi - Foto

Sahibə Qafarova Matviyenko ilə görüşdü: AZAL təyyarəsi...

Simonyanla Qafarova ayaqüstü görüşdü - Foto

Rusiyalı iş adamlarının Qarabağda quruculuqda iştirakı...

Azərbaycan Rusiya ilə sənədlər imzaladı

Ermənistandan 960 dollara nə almışıq? - İrəvan təkzib etdi

Kremldən AZAL təyyarəsi ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla