Yuxarı

Məktəbdəki qətliamı qəhrəman aşbaz dayandırıbmış...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəbdəki qətliamı qəhrəman aşbaz dayandırıbmış...

Qəhrəmanmaraşda 9 nəfərin ölümü ilə nəticələnən dəhşətli məktəb hücumu zamanı faciənin daha da böyüməsinin qarşısını alan şəxs məlum olub. Övladları həmin məktəbdə oxuyan və peşəsi aşbaz olan Nəcməddin Bəkçinin müdaxiləsi hücumçunu zərərsizləşdirib.

Axar.az Milli.az-a istinadən xəbər verir ki, istintaqa ifadə verən Nəcməddin Bəkçi hadisə anını belə təsvir edib:

"Evdə oturarkən çəkic səsinə bənzər səslər eşitdim. Balkona çıxanda uşaqların pəncərələrdən atılıb qaçdığını gördüm. Övladlarımın orada olduğunu düşünüb dərhal məktəbə qaçdım".

Məktəbin arxa qapısından içəri girən qəhrəman valideyn qanlı mənzərə ilə qarşılaşıb.

Pilləkənlərlə yuxarı qalxanda məktəb kantininin işçisi və iki müəllimin iri cüssəli hücumçunu tutmağa çalışdığını görüb.

Hücumçunun (İsa Aras Mersinli) əlindən qaçıb başqalarına da zərər verməməsi üçün Nəcməddin Bəkçi aşbazlıq vərdişi ilə haradansa əldə etdiyi bıçaqla onun sağ ayaq nahiyəsinə bir zərbə endirib.

Bəkçi öz ailəsinin də təhlükədə olduğunu bildirib:

"Qızımı həyətdən götürdüm, oğlum isə artıq evə qaçmışdı. Oğlum silah səslərini eşidəndə tualetdə gizlənib. Onun sinif yoldaşlarından ikisi həyatını itirib."

Mütəxəssislər qeyd edirlər ki, aşbaz Nəcməddin Bəkçinin bu cəsarətli müdaxiləsi olmasaydı, hücumçu digər siniflərə də girə bilərdi. Əvvəlki xəbərlərdə qeyd olunan hücumçunun ayağındakı "sirli" kəsici yaranın məhz bu müdaxilə nəticəsində yarandığı və hücumçunun elə həmin yaradan yaranan qanaxma nəticəsində öldüyü (həmin an "məni bağışla" deyə qışqıraraq) artıq tam sübuta yetirilib.

Tarix
2026.04.16 / 23:09
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla