Yuxarı

Azərbaycanda yük qatarında tüstülənmə oldu - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda yük qatarında tüstülənmə oldu - Foto

Tovuzda qatarda yanğın olub.

Axar.az APA-ya istinadən xəbər verir ki, hadisə Azərbaycanda Gürcüstana gedən yük qatarının bir vaqonunda, Tovuz stansiyası ərazisində qeydə alınıb.

İlkin məlumata görə, yanğın 42 vaqondan ibarət yük qatarının 36-ci vaqonunda 70 ton kükürd tozunda tüstülənmə səbəbilə baş verib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.

Yanğın qısa müddətdə söndürülüb, yanğın baş vermiş və digər vaqonlar mühafizə olunub.

ADY-dən bildirilib ki, qatarlarda tüstülənmə hallarının baş verməsi mövsümi xarakter daşıyır:

“Havaların isti keçməsi ilə əlaqədar qatarlarda belə tüstülənmə halları baş verə bilər və bu, təbii haldır. Hadisə nəticəsində qatarlarda olan yüklərə hər hansı ziyan dəyməyib”.

Tarix
2026.08.19 / 19:44
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla