Yuxarı

“Önəmli olan Türkiyənin bundan sonrakı addımlarıdır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Önəmli olan Türkiyənin bundan sonrakı addımlarıdır”

"Türkiyə-Rusiya ittifaq məsələsində Avropa İttifaqı ilə danışıqlara gediləcək".

Axar.az xəbər verir ki, bu fikirləri "RİA Novosti"nin siyasi eksperti İlqar Vəlizadə bu gün Bakıda Rusiya-Türkiyə münasibətləri mövzusunda keçirilən konfransda səsləndirib.

O bildirib ki, Rusiya-Türkiyə arasındakı bu anlaşma enerji əməkdaşlığıdır:

"Faktiki olaraq bu layihədə "Cənub axını"nın üzərində dayanılacaq. Əsas qaz amilidir. "3-cü enerji paketi" burada böyük önəm daşıyır. Buna görə də "Cənub axını"nın burada daha çox siyasi tərəfləri var. Bu bir təmir siyasətidir. Önəmli olan Türkiyənin bundan sonra hansı addımları atacağıdır. Rusiya-Türkiyə münasibətləri daha çox enerji məsələləri üzərində dayanır. Buna görə də Türkiyə Azərbaycanla da aktiv əlaqədədir. Biz bunu Putinin Ankara ilə əlaqələrindən də sezirik. Türkiyə regionda rolunu dəyişir. O ki qaldı layihənin gerçəkləşməsinə, bu istiqamətdə ciddi danışıqlar aparılacaq. Xüsusi ilə də Avropa İttifaqı ilə. Burada təkcə Rusiyanın qazı yox, İran və Şimali İraqın qazı da əsas rol oynaya bilər. Yəni Rusiya başqa dövlətlərə də təkliflər verə bilər".

Tarix
2014.12.09 / 23:04
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla