Yuxarı

Ermənilər bu addımı niyə atdı? - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər bu addımı niyə atdı? - Şərh

"Ermənistan ordusunda hərbi qulluqçuların hərbi müddəti başa çatsa da, onların evə buraxılmamasının kökündə bir sıra səbəblər durur".

Bu sözləri Axar.az-a açıqlamasında Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Ermənistanda hərbi qulluqçuların xidmət müddətinin uzadılmasını şərh edərkən deyib.

Ərəstun Oruclunun sözlərinə görə, sözügedən məsələ ilə bağlı erməni ekspertləri öz rəylərində yanılmırlar:
"Bu gün Ermənistanda bəzi analitiklər bunun başlıca səbəbini ordudakı əsgər çatışmazlığı ilə əlaqələndirirlər. Həqiqətən də bu məsələnin real tərəfidir. Ancaq burda bir sıra başqa məqamlar da var. Bu gün Ermənistanda müəyyən demoqrafik problemlər var. Eyni zamanda, hesab edirəm ki, Ermənistan rəhbərliyi ya hərbi əməliyyatlara hazırlaşır, ya da bölgədə hərbi aktivliyin artacağını ehtimal edərək belə bir addım atmaq məcburiyyətində qalıb. Ancaq realda belə bir addımın atılması, yəni hərbidə müddətin uzadılması hansı vəziyyətdə olursa olsun, bu, müharibənin qaçılmaz olduğundan və İrəvanın xüsusilə də son zaman baş verənlərdən ehtiyat etdiyindən xəbər verir".

Xatırladaq ki, hazırda Ermənistan ordusunda hərbi qulluqçuların əsgərlik müddəti başa çatsa da, onlar evə buraxılmırlar. Əsgər anaları isə İrəvan küçələrində etiraza qalxıblar.

Tarix
2014.12.09 / 23:16
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla