Yuxarı

Əgər Heydər Əliyev o vaxt ölkə rəhbəri olsaydı... - Prezident

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xalqı Heydər Əliyevi sevirdi, ona inanırdı, ona həmişə dəstək olurdu. O isə öz həyatını Azərbaycan xalqına həsr etmişdir.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edərkən bildirib.

"Bütün dövrlərdə Heydər Əliyev öz xalqına ləyaqətlə xidmət etmişdir. Həm sovet dövründə, həm müstəqillik illərində Azərbaycanın inkişafı üçün çox böyük fədakarlıq göstərmişdir. Təkcə onu demək kifayətdir ki, sovet dövründə - 1970-ci illərdə, 1980-ci illərin əvvəllərində Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə ən geridə qalmış respublikalardan birindən ən qabaqcıl respublikalardan birinə çevrilmişdir. Məhz o illərdə çox möhkəm sənaye potensialı yaradılmışdır, infrastruktur layihələri icra edilmişdir. O layihələr ki, bu gün də müstəqil Azərbaycana xidmət göstərir. Heydər Əliyevin yüksək şəxsi keyfiyyətlərini və Azərbaycanda əldə edilmiş nəticələri nəzərə alaraq, 1982-ci ildə o, Moskvaya dəvət olundu, yüksək vəzifəyə - Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Bu vəzifədə də uğurla çalışırdı, o cümlədən Azərbaycanın inkişafı ilə bağlı verdiyi tapşırıqlar, qəbul etdiyi qərarlar o vaxt da ölkəmizin inkişafına xidmət göstərirdi. Yəni, o, Azərbaycanla daim maraqlanırdı, Azərbaycanda gedən işlərə böyük maraq və dəstək göstərirdi. 1987-ci ildə vəzifədən gedəndən sonra xalqımız, respublikamız üçün problemlər başladı. İki həftə də keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana verilməsi haqqında iddia qaldırdılar. Güclü Heydər Əliyev amili imkan vermirdi ki, bu məsələ bundan əvvəlki dövrdə qaldırılsın. Halbuki, belə cəhdlər, belə meyillər var idi. Ancaq Heydər Əliyev amili buna imkan vermirdi.

Deyə bilərəm ki, əgər Heydər Əliyev o vaxt Azərbaycanın rəhbərliyində olsaydı, heç şübhəsiz ki, Dağlıq Qarabağ problemi heç vaxt yaranmazdı. O vaxtdan xalqımız üçün böyük problemlər başladı. Dağlıq Qarabağda xüsusi idarəetmə komitəsi yaradıldı və separatçı meyillər geniş vüsət aldı. Pensiyada olan Heydər Əliyev Moskvada yaşayırdı və hər zaman Azərbaycan haqqında düşünürdü. Görürdü ki, respublikada vəziyyət kifayət qədər mürəkkəbdir, xoşagəlməz hallar baş verir, respublika tənəzzülə uğrayır. Hadisələrin gələcək inkişafı göstərdi ki, onun təhlili demək olar tam dəqiq və düzgün idi", - dövlət başçısı qeyd eidb.

Tarix
2019.05.11 / 00:45
Müəllif
Axar.az
Digər xəbərlər

Maldivlə sənəd imzalandı: Bu şəxslər vizadan azad edildi

İsrail prezidentinin Azərbaycana gələcəyi tarix açıqlandı

Tulia Ekson Azərbaycana gəldi

Putin İlham Əliyevə zəng etdi

Azərbaycan XİN-dən Fələstinlə bağlı paylaşım - Foto

İrəvan Bakıya bununla bağlı təklif göndərib - Xandanyan

İlin sonuna kimi sülh sazişi imzalanacaq? - Rəsmi

Bəzi dünya liderləri COP29-da iştirak etmədi - Bayramov

Bayramovdan Paşinyanın açıqlamasına münasibət

Fransa COP29-dan imtina etdi - Bayramovdan reaksiya

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla