Yuxarı

İcra başçısı xəstəxanaya yerləşdirildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcra başçısı xəstəxanaya yerləşdirildi

13:36

Gəncədə vətəndaşlarla İcra Hakimiyyəti əməkdaşları arasında insident baş verib.

Axar.az Daxili İşlər Nazilriyinin rəsmi saytına istinadən məlumat verir ki, dekabrın 10-da saat 11.30 radələrində Gəncənin Avtozavod qəsəbəsi adlanan ərazisində Nizami rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qanunsuz tikililərin sökülməsinə etiraz əlaməti olaraq həmin qəsəbədə yaşayan Kəlbəcər rayon sakinlərindən 50-60 nəfəri Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstəriblər.

Cəhdin qarşısı alınarkən Gəncə Şəhər Baş Polis İdarəsinin 5 əməkdaşı və orada olan rayon İcra Hakimiyyətinin başçısı və müavini xəsarət almış, habelə Şəhər Baş Polis İdarəsinə məxsus 2 ədəd xidməti avtomobilin şüşələri sındırılıb.

Xəsarət alanlar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilmişlər. Onlardan 2 nəfərin vəziyyəti qənaətbəxş, digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılılar.

Faktla əlaqədar Gəncə şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə cinayət işi başlanılıb.

15:47

"Hadisə nəticəsində 4 nəfər yüngül travma ilə bağlı müraciət etmişdi. 3 nəfər daşla, 1-i isə qarın nayihəsindən küt travma almışdı. Rayon icra başçısı qapalı kəllə-beyin travması almışdı".

Bu barədə Publika.az-a məlumat verən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Azad Quliyev bildirib ki, xəsarət alanlara yardım göstərildikdən sonra evə buraxılıblar, icra başçısı isə Gəncə Mərkəzi Klinik Xəstəxanasına köçürülüb.

Gəncə Şəhər Baş Polis İdarəsi və Nizami Rayon Polis İdarəsindən isə bildirildi ki, Gəncə Prokurorluğunda faktla bağlı müvafiq araşdırma aparılır.

Tarix
2014.12.11 / 15:47
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev güclü liderdir, çalışacaq ki, İran... - Mixaylov

Sergey Şoyqu Həzi Aslanov barədə danışdı

Pakistan türk ölkəsi ilə strateji saziş imzaladı

İlham Əliyevin BƏƏ səfəri başa çatdı

Bakı, Moskva və İrəvan arasında sazişlər... - Lavrov

Qardaş ölkənin bərpa səylərinə Azərbaycanın dəstəyi...

İlham Əliyev Ərdoğana məktub ünvanladı

İrəvan və Bakı sülh prosesində çox irəliləyib

Qukasyan və Saakyana ömürlük həbs verilmədi - Səbəb...

ABŞ mühəndisləri Ermənistanda: TRİPP üçün yer seçilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla