Yuxarı

Rusiyada ölümcül virus yayılır, Kreml gizlədir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada ölümcül virus yayılır, Kreml gizlədir

Rusiya rəsmiləri İrkutsk vilayətində genişmiqyaslı ağciyər taununa yoluxma hallarının miqyasını gizlədir. İddialara görə, xəstəlik nəticəsində artıq bir nəfər ölüb, 189 nəfər isə karantinə yerləşdirilib.

Axar.az xəbər verir ki, bu barədə “San” nəşri məqalə dərc edib.

Bildirilir ki, İrkutsk vilayətinin qubernatoru İqor Kobzev ağciyər taununa yoluxma halları barədə açıq şəkildə danışmaqdan imtina edib. O, yalnız bölgədə “təhlükəli yoluxucu xəstəliyin” yayıldığını qeyd edib və bununla yanaşı kütləvi tədbirlərin keçirilməsini ləğv edib. Bu arada İrkutsk vilayətində sakinlərin təşviş içində apteklərə üz tutması səbəbindən antibiotik ehtiyatlarının tükəndiyi bildirilir.

“San” jurnalistləri həmçinin müəyyən ediblər ki, İrkutsk vilayətinin Baykalsk şəhərinin sakinlərinə göndərilən rəsmi bildirişdə Şelexov şəhərinə səfərlərdən çəkinmək tövsiyə olunub. Lakin sonradan bu məlumat silinib.

Nəşrin yazdığına görə, Rusiya Prezidenti Vladimir Putinin administrasiyasında yoluxucu xəstəliklər üzrə baş mütəxəssis Anna Popova da vəziyyətə şəxsən rəhbərlik etmək üçün təcili olaraq Moskvadan İrkutsk vilayətinə uçub. Lakin onun bu məsələyə dair hələlik açıqlama vermədiyi bildirilir.

Hazırda ABŞ-da yaşayan tanınmış rusiyalı epidemioloq Mixail Favorov jurnalistlərə açıqlamasında Popovanın şəxsən İrkutskda olmasının vəziyyətin “dəhşətli və kritik” olduğunu göstərdiyini bildirib. Onun sözlərinə görə, hazırda hadisə ilə bağlı məlumatların geniş miqyasda gizlədilməsi prosesi gedir.

Tarix
2026.10.04 / 09:30
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla