Yuxarı

Əgər ABŞ İrana zərbə endirsə... – Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əgər ABŞ İrana zərbə endirsə... – Ekspert

ABŞ dünya qarşısında öz məsuliyyətin anlamalı və İranı müharibəyə sövq etməməlidir.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov ABŞ-ın İranla müharibəyə hazırlaşması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, ABŞ İrana hücum etsə, rəsmi Tehran buna çox sərt cavab verəcək:

“ABŞ dünyanın aparıcı gücü olan ölkələr sırasında ön sıradadır, lakin İran da zəif dövlət deyil. Rəsmi Tehran birbaşa bəyan edib ki, ABŞ gəmiləri sərhədi pozarsa, dərhal vurulacaq. İran dəfələrlə bildirib ki, biz ABŞ-ın bütün hücumlarına sərt şəkildə cavab verəcəyik. Nəzərə almaq lazımdır ki, İran Fars körfəzində kifayət qədər böyük gücə malikdir. Həmçinin İrana ABŞ-a qarşı olan ölkələrin dəstək olacağı da şübhəsizdir. Buna görə ABŞ bu məsələni daha dərindən düşünməli və ona görə addım atmalıdır. Bütün bunlara baxmayaraq, müharibə olsa, bu, hər iki ölkə üçün böyük fəlakətlərə səbəb olacaq. Hesab edirəm ki, ABŞ xalqı bunu bağışlamayacaq və bu müharibə Trampın sonunu gətirəcək”.

Ekspert ABŞ və İran arasında olan gərginliyin Trampın siyasəti ola biləcəyini deyib:

“Trampın daha öncə də şahid olduğumuz bir siyasi üsulu var: əvvəlcə təzyiq göstərir, daha sonra təkliflər irəli sürür. Necə ki, Şimali Koreya lideri Kim Çen İn ilə müharibə həddinə gəlib çatdıqdan sonra təkliflər irəli sürüb, müəyyən razılaşma əldə etdi. Daha sonra Şimali Koreyanı ABŞ-ın yaxın dostu elan etdi. İranla da belə bir hadisənin yaşanması təəccüblü olmaz. Bu məsələdə də belə edə biləcəyini gözləmək olar. Trampın əsas məqsədi İranı sıxışdırmaq və ondan nə isə qoparmaq da ola bilər”.

Tarix
2019.05.15 / 08:00
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Sabah Azərbaycanla Türkiyə arasında mühüm iclas keçiriləcək

Türkiyə də Ukrayna müharibəsinə sürüklənir: Tərəf seçə bilər

İlham Əliyev Piterə gələ bilər - Peskov

Vardanyan Bakıda bu cür saxlanılır: şəraiti... - Video

Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video

Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?

Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi

Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır

Ermənistana ixrac edilən neft məhsullarının ilk partiyası - Video

Qafarova Monteneqro baş nazirinin müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla