Yuxarı

Prezident yubiley medalının təsvirini təsdiqlədi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1533-VQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.

Axar.az xəbər verir ki, yubiley medalının təsviri aşağıdakı şəkildə təsdiqlənib:

Maddə 1. Medalın ümumi təsviri

“Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra - medal) diametri 36 mm olan, qızıl suyuna çəkilmiş dairəvi bürünc lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfi iki çevrə ilə konturlanmışdır. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, aşağı qövs boyunca “DİPLOMATİK XİDMƏT ORQANLARI” sözləri yazılmışdır. Yazıların arasında, sol və sağ tərəflərdə səkkizguşəli ulduz yerləşdirilmişdir. Ulduzların hər iki yazıya tərəf kompozisiyanı tamamlayan xətlər vardır.

2.2. Medalın daxili çevrəsində Yer kürəsi təsvirini əks etdirən meridianlar və paralellər təsvir edilmişdir. Yer kürəsi təsvirinin üst hissəsində “100” rəqəmləri, həmin təsvirdən sol tərəfdə “1919”, sağ tərəfdə “2019” rəqəmləri yazılmışdır. Daxili çevrənin aşağı hissəsində, sol və sağ tərəflərə doğru qövs boyunca palıd yarpaqlarından ibarət çələng yerləşir. Yer kürəsi təsvirinin sol yarımkürəsinin yuxarı hissəsində üzərinə Azərbaycan Respublikası Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl mina çəkilmiş üç qövsvarı zolaq vardır. Medalın ön tərəfində bütün yazılar və təsvirlər relyefli olaraq qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfinin yuxarı hissəsində “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, mərkəzində “XARİCİ İŞLƏR NAZİRLİYİ” sözləri yazılmışdır.

3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

3.3. Medalın arxa tərəfinin səthi hamar, yazılar isə relyefli olaraq qabarıqdır.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 55 mm ölçüdə xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Tünd göy rəngdə xara lentin mərkəzində hər birinin eni 2,5 mm olmaqla, Azərbaycan Respublikası Dövlət bayrağının rənglərini əks etdirən yaşıl, qırmızı və mavi rənglərdə şaquli zolaqlar təsvir edilmişdir. Yaşıl zolağın sol, mavi zolağın sağ kənarında eni 1,5 mm olan qızılı şaquli zolaq vardır.

4.3. Xara lentin yuxarı hissəsinə üzərində ölçüsünə görə mərkəzdən kənarlara doğru kiçilən beş ədəd relyefli səkkizguşəli ulduz təsvir edilmiş, qızıl suyuna çəkilmiş 40 mm x 5,5 mm ölçülü bürünc lövhə bərkidilir.

4.4. Xara lentin aşağı hissəsinə üzərində relyefli aypara, ulduz və palıd yarpaqlarından ibarət çələng təsvir edilmiş, qızıl suyuna çəkilmiş, mərkəz hissədə eni 5,5 mm olmaqla, 40 mm x 7,8 mm ölçülü bürünc lövhə bərkidilir.

4.5. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.

Tarix
2019.05.23 / 00:03
Müəllif
Axar.az
Digər xəbərlər

70 kq qızılla saxlanılan azərbaycanlı diplomatdır?

Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik…

Bakı ilə danışıqlarda müsbət irəliləyişlər var - Paşinyan

Ermənistan “Azərbaycan casusu”na 18 il həbs verdi

Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı

Mişa çağırış etdi: Bəsdir rəqs etdiniz, mübarizə aparın!

Bu ölkələr COP29-da birləşməlidir - Quterreş

Qazaxın azad olunan kəndlərindən - Foto

Bu məsələlər üzərində iş gedir - COP29 sözçüsü

Əminəm ki, bu müzakirələr səmərəli əməkdaşlığa yol açacaq

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla