Yuxarı

Kürdəmirdə səs-küylü həbslər gözlənilir – Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmirdə yol maxinasiyası ilə bağlı növbəti həbslər gözlənilir.

Axar.az-a daxil olan xəbərdə bildirilir ki, Kürdəmir-Mollakənd-Carlı avtomobil yolunun çəkilməsi üçün ayrılan dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı aparılan istintaq davam edir.

İstintaqın gedişi zamanı korrupsiyada iştirakı olduğu şübhəli bilinən başqa şəxslərin də məsuliyyətə cəlb edilməsi istisna olunmur.

Qeyd edək ki, musavat.com yol yeyintisində adı çəkilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin müdiri Gülbala Əsədovun dekabrın 15-də ürək tutmasından, qəflətən dünyasını dəyişdiyi xəbərini yayıb. Ondan əvvəl isə rayon icra başçısının müavini Arzu Şahbazov vəzifəsindən azad edilib.

"Avtotransyol" MMC-nin sədri Əfqan Zeynalov və Kürdəmir İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar Sarif Əsgərov isə həbsdədir.

Qeyd edək ki, bir müddət öncə Kürdəmir İcra Hakimiyyətinin vəzifəli şəxsi ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlamışdı. Araşdırma zamanı Kürdəmir-Mollakənd-Carlı avtomobil yolunun çəkilməsi üçün ayrılan dövlət vəsaitinin mənimsənildiyi aşkar olunmuşdu.

Tarix
2014.12.16 / 08:00
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Konstitusiyadan bu ifadə çıxarılmasa, sülh olmayacaq!

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Simonyandan Qarabağ etirafı: Azərbaycanın ərazisi olub...

Azərbaycanın BRİKS-ə qoşulmaq istəyi... - Hacıyev

İtkin düşmüş bir neçə azərbaycanlının taleyi... - BMT rəsmisi

BRİKS-lə əməkdaşlıq Bakının maraqlarına cavab verir - Səfir

General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi

Bakı ilə Brüssel arasında siyasi məsləhətləşmələr oldu

İsrail Azərbaycan əsilli 7 İran casusunu həbs etdi

Bu şəxslərə işə qəbuldan imtinanın səbəbləri açıqlanmayacaq

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla