Yuxarı

Nursultan Nazarbayev Bakıya gəlir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nursultan Nazarbayev Bakıya gəlir

Səfir Amangəldi Jumabayev: "Qazaxıstanla Azərbaycan hər il yüksək səviyyədə qarşılıqlı səfərlər təşkil etməyə çalışırlar"

Ötən il Qazaxıstanla Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 400 mln. dollar təşkil edib.

APA-nın məlumatına görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında Qazaxıstanın ölkəmizdəki səfiri Amangəldi Jumabayev deyib.

O bildirib ki, müvafiq göstərici bu il artmayacaq.

2014-cü ildə Azərbaycan ərazisi ilə əsasən dəmir yolu vasitəsi ilə 3,5 mln. ton neftin daşındığını deyən diplomat qeyd edib ki, 2016-cı ildə "Kaşaqan" yatağının istismarına start verildikdən sonra Bakı-Tiflis-Ceyhan boru xətti ilə neft nəqlinin həcmi artacaq. Səfir həmçinin Bakı-Tiflis-Qars dəmir yolu xəttinin vacibliyini önə çəkərək bu xəttin yükdaşımaların həcminin artırılmasına kömək edəcəyini vurğulayıb.

A. Jumabayev son 1,5 il ərzində Azərbaycanla Qazaxıstan arasında aviareyslərin sayının artdığını da qeyd edib.

Qazaxıstanın Avrasiya İttifaqındakı üzvlüyünə gəldikdə isə səfir bunun digər ölkələrlə münasibətlərə müsbət təsir edəcəyini bildirib: "Qazaxıstan bazarına çıxış əldə etmiş ölkənin Rusiya və Belarus bazarlarına çıxışı olacaq".

Avrasiya İttifaqı haqqında sazişin 2015-ci ilin yanvarın 1-dən qüvvəyə minəcəyini deyən A. Jumabayev bunun Qazaxıstanın öz xarici siyasətindən imtina edəcəyi anlamına gəlmədiyini vurğulayıb: "Bu ittifaqın yaradılması bizə digər ölkələrlə münasibətlərdə yeni səviyyəyə çıxmağa imkan verəcək. Həmçinin iqtisadiyyata yeni təkan verəcək".

Qazaxıstanla Azərbaycan arasındakı siyasi dialoqa gəldikdə isə səfir qeyd edib ki, tərəflər hər il yüksək səviyyədə qarşılıqlı səfərləri təşkil etməyə çalışırlar. Diplomat bildirib ki, 2015-ci ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Bakıya səfəri planlaşdırılır.

Tarix
2014.12.16 / 19:39
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Yaqub Eyyubovla bağlı sərəncam

Azərbaycan təyyarəsi İrəvanda!

Türkiyə və Azərbaycanla bağlı bunu etməyə hazırıq - Paşinyan

Rubinyandan Əliyevin açıqlaması haqda: İnqilabdır!

Tiflisdə mühüm tədbir: Əli Əsədov iştirak edir

Əliyev çox mühüm və pozitiv addım atdı - Paşinyan

Prezidentlə birlikdə Qazaxıstana o da gedibmiş - Foto

Estoniya XİN başçısı Azərbaycana gəldi

İlham Əliyev Tokayevi Azərbaycana dəvət etdi

Həsən Həsənov Ramiz Mehdiyevlə bağlı sirləri açdı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla