Yuxarı

Paşinyan niyə “müharibə bitməyib” dedi? - Pərdəarxası

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan niyə “müharibə bitməyib” dedi? - Pərdəarxası

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan tərəfinin müharibə etməsindən qorxur, buna görə belə sərsəm bəyanatlar verir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli Nikol Paşinyanın “Qarabağda müharibə bitməyib” sözlərinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Ermənistan nəticəsiz danışıqları uzatmaqla özünə vaxt qazanır:

“Paşinyan və erməni cəmiyyəti qorxur ki, Azərbaycan gec-tez müharibə edəcək və torpaqlarını geri qaytaracaq. Buna görə də Ermənistan bu danışıqların uzanmasında maraqlıdır. 26 ildir davam edən danışıqlarda nəticə əldə edilməyib. İndi Paşinyan bu bəyanatla Avropaya belə bir mesaj ünvanlayır ki, danışıqların getməsinə baxmayaraq, Azərbaycan müharibə etmək istəyir və siz buna mane olmasanız, müharibə başlayacaq. Çünki düşmən tərəfi bilir ki, müharibə olarsa, Ordumuz torpaqlarımızı geri alacaq. Azərbaycan Ordusunun buna kifayət qədər imkanları var. Lakin beynəlxalq durum müharibəyə mane olur. Bundan əvvəl də Azərbaycan Müdafiə naziri Zakir Həsənov bir açıqlamasında bildirdi ki, bizə Aprel döyüşlərində beynəlxalq durum imkan vermədi ki, torpaqlarmızı geri qaytaraq. Həmin bu vəziyyətdən erməni tərəfi həyasızcasına sui-istifadə edir. Ona görə də danışıqlar bu günə qədər belə mənasız şəkildə uzanır”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu gün Vaşinqtonda keçiriləcək görüşündən öncə Nikol Paşinyan “Qarabağda müharibə bitməyib və aktiv döyüş fəaliyyəti hər an başlaya bilər” deyib.

Tarix
2019.06.20 / 12:24
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla