Yuxarı

İlham Əliyev onlara general rütbəsi verdi: 3 sərəncam

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:07

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnini təqdim edir:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-leytenant” hərbi rütbəsi

general-mayor Fuad Nadir oğlu Məmmədova

general-mayor Zahid İbrahim oğlu Hüseynova

“general-mayor” hərbi rütbəsi

polkovnik Qədir Əşrəf oğlu Nəsibova

polkovnik Rasim Rza oğlu Babayevə

polkovnik Vüqar Əfqan oğlu Əliverdiyevə

polkovnik Polad İsrayıl oğlu Həşimova

polkovnik İlqar Zakir oğlu Lətifova

polkovnik Məhəmməd Kərim oğlu Həsənova.

***

İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

“Azərbaycan Bayrağı” ordeni ilə

Mahmudov Qəşəm Fərzalı oğlu – polkovnik

Qasımov Mübariz Sayıl oğlu – mayor

Orucov Telman İlyas oğlu – mayor

Mustafayev İlham Abbas oğlu – kiçik leytenant

“Vətən uğrunda” medalı ilə

Ələkbərov Pərviz Ağasalam oğlu – polkovnik

Əliyev Əli Şahverdi oğlu – tibb xidməti polkovniki

Nəsibov Bayram Nəsib oğlu – polkovnik

Məmmədov Anar Əmiralı oğlu – polkovnik-leytenant

Məmmədov Zaur Alxan oğlu – polkovnik-leytenant

Rizvanov Səməndər Səməd oğlu – polkovnik-leytenant

Vəliyev Zöhrab Naib oğlu – mayor

“İgidliyə görə” medalı ilə

Əsədov Səxavət Ağagül oğlu – polkovnik

Cumayev Akif Kazım oğlu – polkovnik-leytenant

Əfəndiyev Samir Zakir oğlu – polkovnik-leytenant

Həziyev Samir Mətləb oğlu – polkovnik-leytenant

Mövlanov Nizami Bəydəmir oğlu – polkovnik-leytenant

Bağıyev Mirdamət Səristan oğlu – mayor

Babayev Vüqar Eyvaz oğlu – gizir

Şəkərov Firudin İlqar oğlu – gizir

Rzaquliyev Allahqulu Yusif oğlu – çavuş

Məmmədov Mehman Məmməd oğlu – kiçik çavuş

“Hərbi xidmətlərə görə” medalı ilə

Babayev Əlizadə Əhmədağa oğlu – polkovnik

Dərgahlı Vaqif Rafiq oğlu – polkovnik

Gülməmmədov Mehman Fərman oğlu – polkovnik

Məhərrəmov İzzət Məhəmmədəli oğlu – polkovnik

Məmmədov İsmixan Valeh oğlu – polkovnik

Nəbiyev Firuddin İsaxan oğlu – tibb xidməti polkovniki

Osmanov Tofiq Hüseyn oğlu – 1-ci dərəcəli kapitan

Rəcəbov Yadigar Mütəllim oğlu – polkovnik

Abasov Vüqar Tofiq oğlu – 2-ci dərəcəli kapitan

Ağabalayev Kamran Hacıəli oğlu – polkovnik-leytenant

Ağayev Bəhruz Allahverdi oğlu – polkovnik-leytenant

Divanov Nazim Musa oğlu – polkovnik-leytenant

Əfəndiyev Samir Sabir oğlu – polkovnik-leytenant

Əliyev Bəxtiyar Oktay oğlu – polkovnik-leytenant

Əzizov Firudin Novruz oğlu – polkovnik-leytenant

Nəsirov Eldəniz Ağamalı oğlu – polkovnik-leytenant

Niftəliyev Rəşid Ağaşərif oğlu – polkovnik-leytenant

Saruxanov Saruxan İslamuddin oğlu – polkovnik-leytenant

Yolçuyev Yolçu Məhəmməd oğlu – polkovnik-leytenant

Piriyev Rəşad Piri oğlu – mayor

Zülfüqarov Zülfüqar Rauf oğlu – mayor

Qorçiyev Cəfər Kəniş oğlu – kapitan

Məlikov Famil Alim oğlu – kapitan

Musibov Veysəl Yadullayeviç – kapitan

Məmmədov Yaşar Mürsəl oğlu – leytenant

Mustafayev Cavad Cavanşir oğlu – leytenant

Abdullayev İbrahim Savalan oğlu – baş gizir

Əliyev Elşad Əli oğlu – gizir

Qurbanov İsmayıl Cəlal oğlu – gizir

Hacəliyev Mübariz Hacəli oğlu – baş çavuş

Cəfərov Müşfiq Qərib oğlu – çavuş

Dəmirov Alim Ərəb oğlu – çavuş

Məmmədov Vüqar Vilayət oğlu – çavuş

Vəliyev Elçin Əjdər oğlu – kiçik çavuş

Babayev Müşfiq İsmayıl oğlu – baş əsgər (ölümündən sonra)

Məmmədov Ayaz Əvəz oğlu – əsgər

Nəmətov Namiq Ağaverdi oğlu – əsgər (ölümündən sonra)

Ramazanov Azad Gülağa oğlu – əsgər (ölümündən sonra)

Şükürov Saleh Niyaz oğlu – əsgər.

***

Prezident İlham Əliyev “Terrorçuluğa qarşı mübarizə haqqında” və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 30 may tarixli 1599-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Terrorçuluğa qarşı mübarizə haqqında” və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 30 may tarixli 1599-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Terrorçuluğa qarşı mübarizə haqqında” və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Terrorçuluğa qarşı mübarizə haqqında” və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Tarix
2019.06.24 / 18:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla