Yuxarı

Vaşinqtondan Paşinyana tapşırıq: savaş variantı seçildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 5-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunun Xankəndi şəhərində çıxışı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan reallıqdan çox uzaq, populist bəyanatlar səsləndirib.

Axar.az xəbər verir ki, Nikol Paşinyan çıxışı zamanı "Qarabağ Ermənistandır" sözlərini dilə gətirib.

Erməni liderin bu sözlərinə rəsmi Bakıdan cavab gecikməyib. Azərbaycan XİN Nikol Paşiyanın bu fikirlərinin erməni liderin həqiqi simasını üzə çıxardığını bildirib.

Paşinyanın sözügedən bəyanatı ilə bağlı həmçinin bir çox beynəlxalq ekspertlər də öz fikirlərini səsləndiriblər. Ukrayna və rusiyalı politoloqlar Ermənistan baş nazirinin bu fikirlərlə öz vətənində xal toplamağa çalışdığını qeyd ediblər.

Paşinyanın sözügedən fikirlərinə azərbaycanlı alim, professor Kamran Rüstəmov da münasibət bildirib və erməni liderə Vaşinqtondan tapşırıq verildiyini söyləyib.

“Burada iki variant var: ya Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycan torpaqlarını qaytarmaqla, Türkiyə və Azərbaycanla sıx əməkdaşlıq əsasında regional iqtisadi prosesləri nəzərə alaraq inkişaf edən bir Ermənistan qurmaq, ya da Rusiya və Türkiyənin cəlb olunduğu müharibə başlatmaq”, - azərbaycanlı alim Feysbuk hesabında yazıb.

Ekspertin sözlərinə görə, Paşinyanın fəaliyyətləri onun ikinci variantı seçdiyini göstərir:

“Azərbaycan nə ilə cavab verəcək? Bu halda Rusiya və Türkiyə özlərini necə aparacaq? Hər 3 ölkə üçün yeganə düzgün seçim birlikdə Ermənistana dəli köynəyini geyindirməkdir! Dağlıq Qarabağ ermənilərinə isə mesaj göndərmək lazımdır: sülh içində yaşamaq istəyirsinizsə - yaşayın, istəmirsinizsə, hələ ki mövcud olan Ermənistana gedin! Başqa alternativ yoxdur!”.

Tarix
2019.08.07 / 21:33
Müəllif
Əli, Orxan
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla